Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:41

Yoxsulluğun 5 faiz olduğu deyilən vaxt əlillərin aksiyası [video]


Hökumət bəyan edir ki, Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə enib. Ölkədə isə dolanışığın getdikcə pisləşməsinə etirazlar səslənir. Belə bir ərəfədə BMT-nin missiyası rəy verib ki, ölkədə yoxsulluğun azaldılmasında irəliləyişlər var.

Bu gün iyunun 6-da Bakıda bir qrup əlil sosial durumlarının günü-gündən pisləşməsinə etiraz olaraq aksiya keçiriblər. Onlar pensiyaların artırılmasını, kommunal xərclərdən azad edilmələrini, müalicələrinin gücləndirilməsini tələb ediblər. Deyirlər dövlətin verdiyi 140 manat müavinətlə dolanmaq mümkün deyil.

Buna da bax:​ Əlillər nazirlik önündə aksiya keçirdilər

Aksiyadan görüntülər:

Bu etiraz BMT-nin Azərbaycanda dayanıqlı inkişafla bağlı rəy verdiyi ərəfəyə təsadüf edir.

İyunun əvvəlində BMT-nin mütəxəssislərdən ibarət missiya komandası rəy verib ki, Azərbaycanda yoxsulluğun azaldılması, ictimai və sosial xidmətlərin genişləndirilməsi sahələrində yaxşı irəliləyişlər olub:

“Özəlliklə, həssas əhali qrupların ehtiyaclarına yönəli addımlar, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyalarına sərmayələri artıra bilər”.

Buna da bax:​ Azərbaycanda nə qədər yoxsul var?

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu da BMT-nin Azərbaycana göndərdiyi missiyanın üzvləri ilə görüşüb. Amma o deyir ki, onunla Azərbaycanda, özəlliklə, şəffaflıq məsələlərini müzakirə ediblər. O ki, qaldı dayanıqlı inkişafla bağlı rəyə Qubad Qubadoğlu bununla razılaşmır, fikirləşir bu rəy reallığı əks etdirmir:

"Əksinə son dövrlər aparılan iqtisadi siyasət sosial cəhətdən müdafiəsiz əhalinin durumunun ağırlaşması ilə nəticələnib. Devalvasiya oldu qiymətlər bahalandı, əməkhaqları bir neçə ildir olduğu kimi qalır, ünvanlı sosial yardımın çatdırılmasında problemlər var. Əhalinin güzəranını, dolanışığını yaxşılaşdıran ciddi bir proqram yoxdur".

BMT missiyasının rəhbəri və üzvləri baş nazirin müavini Əli Əhmədovla da görüşüblər. Həmin görüşdə Əli Əhmədov bildirib ki, son 10-12 ildə Azərbaycanın iqtisadiyyatı 3,5 dəfə artıb, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Buna da bax: '250 min ailənin ünvanlı sosial yardıma ehtiyacı var'

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, sizcə, əhalinin neçə faizi kasıbdır?

Parlamentin 31 may iclasında millət vəkili Zahid Oruc ölkədə yoxsulluq səviyyəsinin yenidən hesablanması ilə bağlı təklif verib:

“Avropa birliyi maddi məhrumiyyət və kəskin məhrumiyyət kimi bir termin yaradıblar. Bu kateqoriyaya daxil olan insanlar 9 parametr üzrə ölçülür. Kredit, kommunal xidmətlərə görə ev təsərrüfatının borclu olması, ildə azı bir dəfə evdən kənarda istirahət imkanının olmaması, həftədə bir dəfə ət almaq imkanın olmaması, mobil telefon ala bilməmək və s. Bu 9 parametrdən 3-nü ödəyə bilməyən şəxs maddi məhrumiyyətli hesab olunur”.

Buna da bax:​ Ucarda 2008-də ərizə verəni necə 2015-də ev növbəsinə yazıblar?

Azərbaycan 2015-ci ildən BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərindən ibarət qlobal proqramına qoşulub. Bu proqramın məqsədi 2015-2030-cu illəri əhatə edəcək proqramın əsas məqsədlərindən biri də zəngin və yoxsul ölkələrdə yoxsulluğun və bərabərsizliyin azaldılmasıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG