Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:17

Polis Barselona terrorunun əsas şübhəlisini güllələyib


İspaniyanın daxili işlər naziri Juan Ignacio Zoido əsas şübhəli Younes Abouyaaqoub-un fotosunu göstərir

İspaniya polisi bildirir ki, Barselonada avtofurqonu izdihamın üstünə sürərək terror aktı törətmiş və hadisə yerindən qaçmış Younes Abouyaaqoub güllələnərıək öldürülüb.

Kataloniya regional polisinin tvit postunda deyilir ki, avqustun 21-də Barselonanın qərbində yerləşən Subirats şəhərində polis tərəfindən güllələnmiş şəxs Abouyaaqoub-dur.

Bundan əvvəl yayılmış polis xəbərində bildirilirdi ki, Subirats şəhərində belinə partlayıcı kəmər bağlamış bir nəfər polis tərəfindən güllələnib.

Ötən həftə Barselonanın əsas turist məkanı olan Las Ramblas-da törədilmiş və 13 nəfərin ölümünə səbəb olmuş terror aktından sonra Abouyaaqoub intensiv axtarışda idi.

Bəzi məlumatlara görə Abouyaaqoub avqustun 17-də törədilmiş hücumdan sonra oğurladığı avtomobillə polis yoxlama postunu keçmiş və daha sonra maşını atıb getmişdi.

Həmin avtomobilin sürücüsünün bıçaqlanmış meyiti arxa oturacaqdan tapılıb və beləliklə Barselona və Kambrilsdə törədilmiş terror qurbanlarının sayı 15-ə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG