Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Barselonada terror hücumu olub - azı 13 ölən var [Yenilənir-Video]


Las Ramblasda yaralıya yardım edilir
Las Ramblasda yaralıya yardım edilir

Daha iki insident

İspaniya polisi xəbər verir ki, Barselona hücumu ilə eyni saatlarda təhlükəsizlik qüvvələri tərəfindən sahil şəhəri Kambrilsdə keçirilmiş reyd zamanı dörd terror şübhəlisi öldürülüb və bir şübhəli yaralanıb.

Bu da xəbər verilir ki, sahil parkında baş vermiş bu atışmada daha 5 nəfər xəsarət alıb.

Bəzi xəbərlərə görə şübhəlilərin əynində intiharçı kəmərləri olub.

Barselonada terror aktı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:07 0:00

İspaniya polisi həmçinin avqustun 17-də səhər Barselona yaxınlığındakı Alkanarda bir binanı dağıtmış partlayışı araşdırırdı.

Rəsmi məlumatlarda sözü gedən üç hadisənin bir-biri ilə əlaqədar olduğu təsdiq edilib.

***

Reuters agentliyinin verdiyi xəbərə görə İslam Dövləti adlandırılan təşkilat İspaniyanın Barselona şəhərində avtofurqonun adamların üstünə sürülməsi ilə törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Təşkilata yaxın Amaq saytında deyilir ki, “aktı törədənlər İslam Dövlətinin əsgərləridir və onlar koalisiya üzvü olan ölkəni hədəfləyiblər”.

Bu arada İspaniya polisi terror şübhəlilərindən birinin fotosunu dərc edib.

Maghrebi Driss Oukabir-in terror aktında iştirak etdiyi iddia olunur
Maghrebi Driss Oukabir-in terror aktında iştirak etdiyi iddia olunur

Yerli La Vanguardia qəzetinin verdiyi xəbərə görə terror şübhəlilərindən biri polislə atışmada öldürülüb.

Polis habelə daha iki şübhəlinin həbs edildiyini xəbər verir. Terror hücumunda neçə nəfərin iştirak etdiyi dəqiq bilinmir.

Şəkli açıqlanmış Maghrebi Driss Oukabirin bu aktda oynadığı rol da hələlik bəlli deyil.

Qərb mətbuatı Oukabir haqqında müxtəlif məlumatlar verir. Bəzi xəbərlərdə onun Mərakeşdən gəldiyi, əvvəllər məhkum olduğu, bir xəbərdə isə onun terror aktında iştirak etmədiyini söylədiyi xəbər verilib.

Ağ rəngli Mercedes avtofurqonun Oukabirin sənədi ilə icarəyə götürüldüyü də xəbər verilir.

Bundan əvvəl İspaniyada, Barselona şəhərinin izdihamlı mərkəzində avtifurqonun adamların üstünə sürülməsi nəticəsində 13 nəfərin öldüyü və daha 80 nəfərin yaralandığı xəbər verilirdi.

İspaniya ictimai televiziyası bir şübhəlinin həbs olunduğunu xəbər verib. Bildirilir ki, bu izdihamın üstünə sürülmüş avtofurqonu kirayələyən şəxsdir.

Bu da bildirilir ki, hücum edən iki silahlı hazırda Tallers küçəsindəki barlardan birinə sığınıb.

Yaxınlıqdakı dükanlardan birində atışma səsləri eşidilib.

Barselona polisi təsdiq edib ki, şəhərin mərkəzi Las Ramblas xiyabanında baş verənlər terror hücumu kimi qiymətləndirilir.

Yerli media ölənlərin sayı barədə ən müxtəlif xəbərlər verir. Bu da qeyd olunur ki, xəsarət alanlardan 10 nəfərinin vəziyyəti ağırdır və ölü sayının artacağı gözlənilir.

Binaların yuxarı mərtəbələrindən çəkilmiş videolarda adamların hay-küy içində qaçdıqları görünür.

Hadisə yerində qana boyanmış səki üzərində 5-6 nəfərin yıxılıb qaldığı deyilir.

Kataloniyanın fövqəladə hallar xidməti adamları Plaça Catalunya həndəvərlərindən uzaq diurmağa çağırıb.

Yaxınlıqdakı vağzal və metro stansiyaları bağlanıb.

Las Ramblas özünün küçə piştaxtaları və mağazaları ilə Barselonanın ən gur turist məkanlarından biri sayılır.

İspaniyanın baş naziri Mariano Rajoy Barselonaya yollanarkən deyib ki, terrorçular azadlığı sevən insanların birliyini poza bilməyəcəklər:

"Onlar qatildirlər, canidirlər, lakin bizi qorxuda bilməyəcəklər”.

Barselonada törədilmiş terror aktına reaksiya olaraq ABŞ dövlət katibi Rex Tillerson deyib: “Bütün dünya boyunca terrorçular bilməlidirlər ki, Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz sizi tapmaq və ədalətin ayağına gətirmək əzmindədirlər”.

Fransa prezidenti Emmanuel Macron deyib ki, “biz birlikdə və qətiyyətli olaraq qalırıq”.

Rusiya preziednti Vladimir Putin isə bütün dünyanı “terrorçu qüvvələrlə barışmaz mübarizəyə” çağırıb.

Ötən il ərzində avtomobillərdən istifadə edilməklə Avropa boyunca Nitsa, Berlin, London və Stokholmda terror hücumları törədilib. Bu hücumlar nəticəsində 100-dən artıq insan həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG