Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

Keçmiş birinci ledi Barbara Bush vəfat edib


Barbara Bush
Barbara Bush

Keçmiş ABŞ prezidenti George H.W. Bush-un ofisi tərəfindən yayılmış bəyanatda deyilir ki, ABŞ-ın keçmiş birinci ledisi Barbara Bush 92 yaşında vəfat edib:

"Amerika Birləşmiş Ştatlarının keçmiş Birinci Ledisi və ailə savadlılığının yorulmaz təşviqatçısı Barbara Pierce Bush çərşənbə axşamı, 2018-ci il, aprelin 17-də 92 yaşında vəfat edib”.

George və Barbara Bush ilk övladları, gələcək prezident George W. Bush-la. Ata Bush o vaxt Yale Universitetinin tələbəsi idi
George və Barbara Bush ilk övladları, gələcək prezident George W. Bush-la. Ata Bush o vaxt Yale Universitetinin tələbəsi idi

George H.W. Bush və xanım Bush 73 il evli olublar. Barbara Bush Amerika tarixində birinci ledilikdən başqa həm də prezident anası olmuş iki qadından biridir.

Onun oğlu George W. Bush 2000-ci ildən 2008-ci ilədək iki müddətdə ABŞ prezidenti olub.

Oğlu prezident olmuş digər birinci ledi Abigail Adams-dır. Prezident John Adams-ın xanımı prezident John Quincy Adams-ın anası idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG