Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:15

İşadamı nəyə görə həyat yoldaşını həbs elətdirmək istəyir?


Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakıda otel və bir xeyli daşınmaz əmlakın sahibi olan işadamı Barat Abdullayev həyat yoldaşının həbsini tələb edir. Bu haqda onun vəkilləri məhkəmədə vəsatət qaldırıblar.

Barat Abdullayevin həyat yoldaşı Təyminə Abdullayevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Həyat yoldaşının şikayət ərizəsi əsasında cinayət məsuliyyətinə cəlb olunan Abdullayeva sənəd saxtakarlığı, dələduzluq və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə kimi cinayətlərdə suçlanır. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Buna da bax:​ Prokuror Fərman Kərimzadənin oğluna 10 il həbs istədi

“Məhkəmədən yayına biləcəyini güman edirik”

Amma Barat Abdullayev həyat yoldaşını dəmir barmaqlıqlar arxasında görməkdə israrlıdır. Ona görə də Təyminə Abdullayevanın işi üzrə məhkəmənin hazırlıq iclasında biznesmenin vəkili Ceyhun Yusifov vəsatət qaldırıb ki, xanımın barəsində qətimkan tədbiri dəyişdirilsin, o, həbs olunsun: “Onun hər an məhkəmədən yayına biləcəyinə güman edirik”.

İş üzrə zərərçəkmiş qismində tanınan Barat Abdullayevin digər vəkili Gülşən Salmanova da bu vəsatəti müdafiə edib.

Amma Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası indiki mərhələdə Təyminə Abdullayevanın həbsini məqbul saymayıb, vəsatət təmin olunmayıb.

Buna da bax: 'Korrupsiya öz dayaqlarını içəridən dağıdır'

İttihama görə, T. Abdullayeva öz adına olan daşınmaz əmlakı həyat yoldaşının xəbəri olmadan satıb, bununla da Barat Abdullayevə 890 min manat ziyan vurub.

Təqsirləndirilən Abdullayeva həmçinin 3 polisə xəsarət yetirməkdə suçlanır.

Ortaq paydan məhrum etmək...

Amma Təyminə Abdullayeva ittihamları qəbul etmir. Deyir ki, həyat yoldaşı və qaynı onu birgə nikah dövründə əldə olunmuş əmlaklara sahiblik hüququndan məhrum eləmək üçün bu yola əl atıblar. Onun sözlərinə görə, həyat yoldaşının başqa bir qeyri-rəsmi ailəsinin olduğu ortaya çıxandan sonra boşanma məsələsi gündəmə gəlib. Qanuna görə, boşanacaqları halda, birgə nikah dövründə əldə olunmuş əmlaklar ər-arvad arasında bərabər payda bölünür. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlarsa daşınmaz əmlaka ortaq paydan məhrum etmək üçün onu həbs etdirmək istəyirlər.

Buna da bax:​ 'AMAY Abdulla': 'Yazığım gəldi, uşaqların 'atası' oldum...'

İttihamda bəhs olunan əmlakın həyat yoldaşından xəbərsiz satılmasına gəlincə, Təyminə Abdullayevanın vəkili Janna Bağırova məhkəmədə bildirib ki, həmin əmlakı əri ona rəsmi şəkildə bağışlayıb. Bağışlanan, yaxud vərəsəlik qaydasında əldə olunan əmlak isə şəxsin öz mülkiyyəti sayılır. Yəni satılmış əmlak bağışlandığına görə birgə mülkiyyət sayıla bilməz:

“Qanun şəxsin mülkiyyətində olan əmlakın satılmasında hər hansı qadağa müəyyən etməyib. Sadəcə, nikahda olan şəxslərin biri əmlakı satanda digərinin razılığının alınması nəzərdə tutulub. Bu da satan şəxsin vəzifəsi deyil, alqı-satqını həyata keçirən notariat kontorunun vəzifəsidir. Yəni notarius belə bir razılığın olub-olmadığını müəyyənləşdirməli, sonra alqı-satqı müqaviləsini bağlamalıdır. Amma dediyim kimi, bağışlanmış əmlak birgə mülkiyyət sayılmır”.

Buna da bax:​ Zərərçəkmiş ittiham olunana: 'Sizin həyat yoldaşınız kimdir?'

“Bu cinayət işi əmlakın bölünməsinin qarşısını almağa yönəlib”

Təyminə Abdullayevanın digər vəkili Vasif İsrafilov da bu cinayət işinin sifariş əsasında başlandığını söyləyib. Onun sözlərinə görə, bu iş birgə nikah dövründə əldə olunmuş, dəyəri milyonlarla ölçülən əmlakın bölünməsinin qarşısını almağa yönəlib: “Cinayət işi başlandıqdan sonra Barat Abdullayev dəfələrlə Təyminə Abdullayevaya müraciət edib ki, ona düşən paydan imtina eləsin, əks halda, həbs olunacaq. İttihamda Barat Abdullayevə dəymiş ziyan 890 min göstərilib. Hətta satılmış evin dəyəri 890 mindirsə belə, ziyan 445 min hesablanmalı idi. Çünki mübahisəli mənzilin alqı-satqı müqaviləsi Səbail rayon Məhkəməsinin qərarı ilə etibarsız hesab edilib, mənzilə ər-arvadın bərabər paylı mülkiyyət hüququ tanınıb. Yəni mənzilin dəyərinin yarısı Barat Abdullayevindir”.

Bu cinayət işi başlanandan sonra işadamının iki dostu polisə və məhkəməyə müraciət edərək, Barat Abdullayevin onların birinə 750 min, o birinə də 450 min borcu olduğunu göstəriblər. Abdullayev də otel tikintisi üçün həmin məbləğləri dostlarından aldığını etiraf edib. Məhkəmə qərarlarının icrası məqsədilə Abdullayevin təklifi əsasında onun adına olan torpaq sahələri borclu olduğu iddia edilən dostlarının mülkiyyətinə keçib.

Buna da bax: Cammata böyük "pullar atan" TQDK rəsmisi, vəkil və inspektor

Amma T. Abdullayevanın vəkili Vasif İsrafilov hesab edir ki, bu borc məsələsi uydurulub. Məqsəd də Abdullayevanı o əmlaklara olan paydan məhrum etməkdir.

Təyminə Abdullayevanın vəkilləri istintaq zamanı heç bir araşdırma aparılmadığını, kobud qanun pozuntularına yol verildiyini əsas gətirərək, məhkəmə işinin baxışına xitam verilməsi və cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması haqda vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı mayın 10-na təyin edilib.

“Bir zəif qadın üç polisə xəsarət yetirirsə...”

Təyminə Abdullayeva Prezidentə və onun xanımına da açıq məktub yazıb. O, məktubunda digər ittihamlarla yanaşı, polislərə xəsarət yetirməsi haqda suçlamaya da münasibət bildirib:

Buna da bax:​ Paşazadələrin şərikinə 9 il həbs cəzası verildi

“Sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.

Haqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır. Cənab Prezident, bunlar necə asayış keşikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?”

Günün bütün mövzuları

XS
SM
MD
LG