Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:25

Obamaya Britaniyadan tənqid


Britaniyanın baş naziri David Cameron, ABŞ prezidenti Barack Obama
Britaniyanın baş naziri David Cameron, ABŞ prezidenti Barack Obama

-

ABŞ prezidenti Barack Obama gənc britaniyalıları ksenofobiyadan, sinizimdən, pessimizimdən çəkinməyə çağırıb. Əlavə edib ki, qlobal inteqrasiyaya “təhlükə kimi yox, yeni imkanlar kimi baxsınlar”.

Londonda xanımı ilə rəsmi səfərdə olan Barack Obama Lindl-holl-da keçirdiyi görüşdə bu fikirləri səsləndirib.

Britaniyanın baş naziri David Cameron-la keçirdiyi mətbuat kofransında Barack Obama qeyd edib ki, Avropa Birliyi Böyük Britaniyanın dünyadakı rolunu aşağı salmır, əksinə, təsir imkanlarını artırır.

Müstəqil Birləşmiş Krallıq sağ yönümlü partiyanın lideri Obamaya başqasının işinə qarışmamağı tövsiyyə edib.

London Meri Boris Jonshon ABŞ rəhbərliyini ikiüzlükdə ittiham edib. Deyib ki, Amerika heç vaxt Avropa Birliyi kimi qurumun üzvü olmayıb.

XS
SM
MD
LG