Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:01

Bağça uşaqlarına Putini çəkdirirlər [Rəsmlər]


Putin Günəş formasında. 7 yaşlı Vitalina Qriqoryanets ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
Putin Günəş formasında. 7 yaşlı Vitalina Qriqoryanets ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

Rusiyada prezident seçkiləri yaxınlaşdıqca hakim partiyanın namizədi, hazırkı dövlət başçısı Vladimir Putinin tərəfdarlarının kreativliyi "fontan vurur".

Artıq bağça uşaqları və məktəblilər arasında "Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi başlanıb.

Bu, ümumrusiya müsabiqəsidir.

Uşaqlara deyilir ki, Putin seçkidə qalib gəlsə, müsabiqənin qalibləri təntənəli tədbirdə onu şəxsən təbrik edə biləcək, çəkdikləri şəkilləri ona bağışlamaq imkanı qazanacaqlar.

Müsabiqədə 5 yaşından 17 yaşına qədər uşaqlar iştirak edirlər.

Müsabiqənin təşkilatçısı "Xeyriyyə infrastrukturları" adlanan təşkilatdır. Təşkilatın rəhbəri Sergey Volodin and-aman edir ki, müsabiqə heç də prezident seçkiləri ilə bağlı deyil, müsabiqəni keçirmək ideyası onun ağlına bir il qabaq gəlib.

Putin, çukça və maral. 12 yaşlı Olesya Drobışeva ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
Putin, çukça və maral. 12 yaşlı Olesya Drobışeva ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

Amma qəribədir ki, müsabiqə düz martın 18-də yekunlaşacaq, yəni səsvermə günü.

Müsabiqəyə 450 şəkil göndərilib.

Putini Günəş formasında təsvir edən də var, xokkey oynayan, balıq tutan yerdə çəkən də.

Putini təbliğ edən müsabiqələr fərqli adlar altında da keçirilir.

Məsələn, Sverdlovsk vilayətində "Seçkiləri çəkirəm, öz seçimimi edirəm" adlanan rəsm müsabiqəsi keçirilib. Amma məlum olub ki, yalnız prezidentliyə namizəd Putinin şəklini çəkmək olar. Məktəblilərdən biri kommunistlərin namizədi Pavel Qrudininin portretini çəkdiyi üçün müəllimlərdən "qulaqburması" alıb.

6 yaşlı Vsevolod Molçanov prezidenti belə görür. ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
6 yaşlı Vsevolod Molçanov prezidenti belə görür. ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

Putin xizək sürür. 14 yaşlı Aygüzel Kamalova ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
Putin xizək sürür. 14 yaşlı Aygüzel Kamalova ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

Prezidentin portreti. 9 yaşlı İvan Dolqopolov ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
Prezidentin portreti. 9 yaşlı İvan Dolqopolov ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

Putin və yeni salınan Krım körpüsü. 13 yaşlı Veronika Tumanova ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
Putin və yeni salınan Krım körpüsü. 13 yaşlı Veronika Tumanova ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

Putin Rusiyanın çoxuşaqlı atası. 8 yaşlı Marina Bobrova ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)
Putin Rusiyanın çoxuşaqlı atası. 8 yaşlı Marina Bobrova ("Uşaqlar prezident Putinin şəklini çəkir" müsabiqəsi)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG