Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

“Xalq bank”ın yaxınlığında partlayış


Xalq bank yaxınlığında partlayış
Xalq bank yaxınlığında partlayış

-

Aprelin 24-də səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında - “Xalq bank”ın baş ofisinin yaxınlığında partlayış olub.

Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə bildiriblər ki, partlayış avtomobil qarajlarından birində baş verib. Xəsarət alan yoxdur. Ancaq yaxınlıqdakı digər qarajlara və ərazidəki bəzi avtomobillərə ciddi ziyan dəyib.

Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir.

Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerindəaraşdırma aparılır.
Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

XS
SM
MD
LG