Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:00

‘Trump Tower' yanğın söndürülüb


Trump Tower belə yandı
Gözlə
Embed

No media source currently available

0:00 0:04:04 0:00

Trump Tower belə yandı

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb.

APA-nın bundan əvvəl verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) günorta söndürülən yanğın axşam saatlarında yenidən alovlanıb.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçiriblər.

***

Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

***

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, yanğın 3 saat davam edib, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb". (APA)

***

Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi, hələlik, açıqlanmayıb.

***

Bu gün, aprelin 28-də saat 12 radələrində Bakıda Heydər Əliyev prospektinə çıxışa yaxın yerdə yerləşən hündürmərtəbəli bunada başlayan yanğın davam edir

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının sonuncu 20-ci mərtəbədə baş verdiyi, aşağı mərtəbələrə keçdiyi bildirilir.

Təhlükəsizlik tədbirləri ilə bağlı Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Hadisə yerəni fövqəladə hallar naziri Kəmaləddin heydərovun da gəldiyi bildirilir.

***

Bakıda Tramp Tower adlanan binada yanğın olub, 28 aprel 2018
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

Bakıda əvvəllər “Trump Tower” kimi tanınan binada yanğın başlayıb.

Yanğın baş verən ərazidə yollar bağlanıb.

Yanğın artıq, çoxmərtəıbəli binanın bir çox üst mərtəbələrində müşahidə olunduğu bildirilir.

"Tramp Tower" yanır -28 aprel 2018
"Tramp Tower" yanır -28 aprel 2018

Multimedia

XS
SM
MD
LG