Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

Sabah Bakıda 30 dərəcə isti gözlənir


arxiv foto
arxiv foto

Oktyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, oktyabrın 9-u səhər paytaxt və yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətliyağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənir.

Oktyabrın 9-da Azərbaycanın bölgələrində hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənir. Rayonlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

XS
SM
MD
LG