Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 02:29

Təkcə Bakı statussuz və mersiz qalıb


YAP icra katibinin müavini Siyavuş Novruzov

Bu gün – fevralın 14-də Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti gerçəkləşdirən orqanın illik hesabatını bəyənib.

Hesabatın müzakirəsində bir çox tənqidi fikir də səslənib. Məsələn, deputat Siyavuş Novruzov bələdiyyələrin say və tərkibcə azaldılmasını təklif edib.

O, paytaxt Bakının bir rayonunda bələdiyyənin 19 üzvünün, hansısa kiçik kənddə isə 5-7 üzvü olduğuna diqqət çəkib: “Dünya təcrübəsi də göstərir ki, kiçik kəndlər birləşdirilir, yalnız bir nəfər nümayəndə seçilir. Bu, qərarların qəbulunda da müsbət rol oynaya bilər”.

Buna da bax:​ S.Novruzovdan bələdiyyələrə: 'Qorxurlar seçilməzlər...'

Maraqlıdır ki...

MM üzvlərindən heç biri Bakının statusu probleminə toxunmayıb. Halbuki Avropa Şurası üzvləri arasında Azərbaycan öz paytaxtında seçkili idarə sistemi yaratmayan tək ölkədir.

Yerli özünüidarə haqqında Avropa Xartiyasının 4.3-cü maddəsinin tələbinə görə, hazırda təyinat əsasında formalaşan və öz sakinləri qarşısında hər hansı şəkildə hesabatlı olmayan Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri demokratik seçkilər əsasında formalaşan mer institutuna ötürülməlidir.

Buna da bax: Azərbaycan bələdiyyələrinə 3-cü bəd xəbər...

Bu tələb Avropa Şurasının ölkə hökumətinə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” 21 may 2003-cü il tarixli tövsiyəsində də əksini tapıb. Sənədin 8.2.6-cı bəndində deyilir: “Hazırda Bakı şəhərini dövlətin icra orqanları yönəldir. Nəzərə almaq lazımdır ki, paytaxt bir sıra hallarda yerli maraq çərçivəsini aşan məsələləri də çözməlidir. Həmin maraqlar naminə idarəetmədə qənaət və effektivliyin təmin olunması üçün bütün şəhər miqyasını əhatələyən demokratik şura seçilməlidir. Bu prinsip kiçik ərazilərdə bələdiyyələrin yaradılması ideyası ilə ziddiyyət törətmir, sadəcə, onların fəaliyyəti bütün şəhəri təmsil edən bələdiyyənin yaradılması ilə tamamlanmalıdır”.

İTYİB ekspertlərinin fikrincə...

Buna da bax:​ Banklar niyə kredit vermir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) ekspertlərinin fikrincə, idarəetmədə vahidlik və əlaqələndirmə olmayanda, paytaxt idarəçiliyində pərakəndəlik və xaos yaranır. Paytaxt elə mürəkkəb və daim gəlişən mexanizmdir ki, onun idarə olunması üçün razılaşdırılmış strategiya olmazsa, ortaya çıxan xoşagəlməz nəticələrin aradan qaldırılması ölkəyə böyük resurslar hesabına başa gələ bilər.

Üstəlik, eyni şəhər daxilində bütün sakinlərin ictimai xidmətlərə bərabər çıxışı da olmalıdır. İTYM ekspertlərinin qənaətinə görə, paytaxtda idarəetmənin vahidliyini zəruri edən digər bir amil maliyyə resurslarını tarazlaşdırmaq mexanizmləri vasitəsilə paytaxtın müxtəlif əraziləri arasında ədalətli bölgü aparılmasıdır. Heç şübhəsiz, biznesin və əhalinin daha sıx yerləşdiyi zəngin ərazilərin resurslarını daha yoxsul ərazilərin xeyrinə bölüşdürməyə ehtiyac var.

XS
SM
MD
LG