Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:45

İki tələbə uşaq evinə yardım üçün parklarda oxuyur - VİDEO


Bakıda gitara və tarın birgə "konserti"
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Bakıda gitara və tarın birgə "konserti"

Bu iki gənci - Orxanla Muradı Bakının müxtəlif parklarında görmək olur.

Çiyinlərindəki musiqi alətləriylə birlikdə gəzib-dolanıb özlərinə xudmani yer axtarırlar.

Tapan kimi yerlərinin rahatlayıb gitaranı, tarı çıxarırlar.

Orxan Əliyevlə Murad Əhədov Azərbaycan Milli Konservatoriyasının tələbələridir. Orxan xanəndə, Murad tar sinfində oxuyur. Dərsdən sonra müxtəlif parklarda çalıb-oxuyurlar. Sosial şəbəkələrdə vaxt, ünvan təyin eləyib küçələrdə konsertlər də verirlər.

Gənclər deyir ki, başqa küçə musiqiçilərindən fərqləri həm onları dinləyənlərə musiqini izah etmək, həm də öyrətməkdir. Orxan Əliyev deyir ki, əsas hədəfləri gənclərdir:

"Hazırda gənclərin musiqi zövqü bir az mənfiyə tərəf gedir. Soruşanda da deyir qulağa hansı xoş gəlir, onu dinləyirəm. Biz klassik musiqiləri səsləndiririk ki, ən azı keçəndə qulaqlarına çatsın ki, hardasa bunu eşitdiyini deyə bilsin"...

Murad deyir ki, tar çaldığından gənclərin repertuarında muğamın öz yeri var

"Mənin əsas işim muğamdır. İndi gənclər demək olar ki, muğama qulaq asmır, qocalar qulaq asır. Gəncləri muğama yönəltmək, muğam nə deməkdir, onu başa salmaq istəyirəm"...

Onlar küçədə keçirdikləri konsertlərin bir hissəsində pul da yığırlar. Həmin pula isə hədiyyələr alıb ayda bir-iki dəfə uşaq evlərinə gedirlər. Orxan Əliyev öz təcrübələrindən danışır:

"Təsadüfən dostumgilə getmişdim. Onların da evi uşaq evinə yaxın idi. Orda bir uşaq gördüm. Fikirləşdim ki, bu uşağın da sevinməyə haqqı var, özü də valideynləri olan uşaqdan da çox. Sonra Muradla məsləhət elədik ki, bəlkə belə bir şey eləyək. Uşaqları sevindirək, tədbirlər keçirək. Mənə o uşağın siması ilham verdi. Ona qədər küçədə pul filan yığmırdıq. Kimisi savab qazanmaq üçün haralarasa gedir, amma bizm üçün hər hansı kasıba, imkansıza əl tutmaq ora getməyə bərabərdir"..

Hə, bir də bu gənclər gitaranı tara qarışdırdıqları kimi məşhur əcnəbi mahnıları da tarda çalırlar.

Ətraflarlarına yığışanlar da çox olur.

Orxanla Muradın bir istəkləri də var - Bakıdan bölgələrə çıxmaq. Başlarına daha çox tamaşaçı yığmaq, daha çox gəncə musiqidən danışmaq, uşaq evlərindəki daha çox uşağa yardım etmək....

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG