Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Meyitlərin döyüş yerindən çıxarılmasından ötrü danışıqlar baş tutmayıb


Qarabağda Azərbaycan əsgəri.
Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bu gün, fevralın 27-si son günlər cəbhədə baş verən hadisələrlə bağlı yeni məlumat yayıb.

Fevralın 24-dən 25-nə keçən gecə həlak olan Azərbaycan hərbçilərinin nəşinin döyüş meydanından çixarilması cəhdlərindən bəhs edən məlumatda qarşı tərəfin danışıqları pozduğu qeyd edilir.

«Aqşin Abdullayevin, Şahlar Nəzərovun, Tural Haşımlının, Zülfü Qədimovun, Zakir Cəfərovun nəşinin döyüş meydanından çıxarılmasından ötrü ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda, Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb»,- məlumatda deyilir.

Buna da bax-Həmsədrlərin bəyanatı: Əsgər meyitlərinin götürülməsinə şərait yaradılsın

Məlumatda bildirilir ki, Ermənistan tərəfi cəbhənin digər istiqamətlərində Azərbaycan mövqelərini müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.

Ancaq məlumatda bu 5 hərbçidən başqa, son günlər Azərbaycan tərəfinin əlavə itkilərinin olub-olmaması barədə heç nə deyilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG