Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 20:43

Bakıda tıxac gözlənilir


Foto: arxiv

Təmir işləri ilə əlaqədar yanvarın 6-dan 9-dək paytaxtın bəzi prospekt və küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Dəmir yolu relslərinin sökülməsi ilə əlaqədar Neftçilər və Nobel prospektlərinin kəsişmə hissəsində yol qismən bağlı olacaq.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Su kəmərinin çəkilməsi səbəbindən isəCəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Nəcəf Nərimanov küçəsində isə asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədareyni məhdudiyyət yaradılacaq.

XS
SM
MD
LG