Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:55

'Yeznə-gəlin' yemək istəyirsiz? [Video]


Qədim yeməklər sərgisi: 'Yeznə-gəlin' şirniyyatı, 'Şeşrəngli aş'
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Qədim yeməklər sərgisi: 'Yeznə-gəlin' şirniyyatı, 'Şeşrəngli aş'

"YEZNƏ-GƏLİN"

Sən demə, qədimdə qaynanalar yeznənin, gəlinin xətrini o qədər çox istəyirlərmiş ki, onların adını ən dadlı şirniyyata veriblər, adını da "Yeznə-gəlin" qoyublar.

Hər halda İçərişəhərdə keçirilən "Azərbaycanın qədim yeməkləri" adlı sərgidəki aşpazlar belə deyirlər.

"Tərkibində un, süd, yumurta olur. Xəmir yoğrulur, sobada bişirilir. Bir növ indiki südçörəyinə oxşayır..."

Aşpaz Zamiq Gözəlov bu respeti bizimlə də bölüşür, sərgiyə gələnlərlə də. Qədim yeməklərdən dadmaq istəyənlərə də "yox" demir.

Zamiq Gozəlov
Zamiq Gozəlov

Buna da bax: Bakıda retro avtomobillərin paradı

"ŞEŞRƏNGLİ AŞ"

Unudulmuş yeməklərin sərgisinə gələnlərin də deməyə sözü var.

Şəhla Əliyeva deyir ki, onun şuşalı anası "Şeşrəngli aş" , yəni, altı rəngli aş bişirirmiş ki, o aşdan ancaq öz evlərində yeyib:

"Yağ-soğan ya albalı, ya da zoğal axtasıyla qovrulur. Yumurtanı bütöv-bütöv qoyurlar, rənglər hamısı qarışır. Aş hazır olanda, yemişlə yeyirlər. Şuşalılarda heç yerdə olmayan bu yemək var".

Buna da bax: Ölkədən samovar çıxarmağa icazə almaq lazımdır

"BALQABAQ QUTABI"

Aşpaz Mərziyyə Mirteymurova deyir ki, indiki dövrün qaçaqovunda insanlar daha çox, asan başa gələn yeməklərə meyllənir. Beləcə, bir çox faydalı yeməklər getdikcə daha az bişirilir. Məsələn, balqabaq qutabı kimi.

"Balqabaq qutabını adətən Bakı zonasında bişirirlər. İnsan orqanizminə çox xeyirlidir. Onda hər şey təbiidir, əlavə ancaq yağ-soğan vurulur, vəssalam".

Yeməklərdən dadanlar sərginin faydalı olduğunu deyir.

Aşpazlarsa zarafata salırlar ki, indi elə qədimi yeməklərə qayıtmaq lazımdır, çünki həm ucuz başa gəlir, həm də dadlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG