Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:47

AÇG-də hasilat azalıb, gəlirlər artıb


Çıraq yatağı
Çıraq yatağı

2017-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda hasilat azalıb. Bununla belə, Azərbaycanın mənfəət neftindən gəlirləri 34,7 faiz artıb.

Bu haqda Dövlət Neft Fondundan "Turan" Agentliyinə bildiriblər.

Fondun məlumatına görə, 2017-ci ilin birinci yarısında Azərbaycan "Azəri-Çıraq-Günəşli" blokunda mənfəət neftinin satışından 3 mlrd 106 mln dollar əldə edilib. Ötən ilin eyni dövründə fondun mənfəət neftindən gəlirləri 2 mlrd 305 mln dollar olub. Hesabat dövründə mədaxil 34,7 faiz artıb.

Buna da bax:​ Neft Fonduna AÇG-dən gələn gəlir artıb

Birinci yarımildə beynəlxalq konsorsium AÇG-də ümumilikdə 16,05 mln ton neft hasil edib. Ötən ilin uyğun dövrü ilə müqayisədə hasilatda azalma 1,79 mln ton olub.

Hasilatın azalmasına rəğmən, gəlirin artması neftin ötən illə müqayisədə 30 faiz bahalanması və xərclərin optimallaşdırılması ilə bağlıdır.

"2001-ci ildən 1 iyul 2017-ci ilə qədər mənfəət neftinin satışından DNF-yə $125 mlrd 215 mln daxil olub", - deyə fonddan bildiriblər.

2016-cı ildə DNF mənfəət neftinin satışından ümumilikdə 5,1 mlrd dollar əldə edib. 2015-ci ildə isə bu məbləğ 7.26 mlrd dollar idi.

Buna da bax: 'Azəri-Çıraq-Günəşli'dən gələn səmt qazı kəskin artıb

Xatırlatma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

Layihə iştirakçıları BP (35,78 faiz), “Chevron” (11,27 faiz), “ExxonMobil” (8 faiz), ONGC (2,72 faiz), SOCAR (11,65 faiz) şirkətləridir.

Yataqda, habelə “Inpex Corp”, “ITOCHU Oil”, “Statoil” və TPAO şirkətlərinin də payı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG