Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:29

Azərbaycana gətirilən məhsullarda infeksion xəstəliklər aşkar edilməyib


Kiyevdə bazar, 2 mart 2017

Kiyevdə bazar, 2 mart 2017

Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi xəbəri heç bir fakta söykənmir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Ermənistandan Azərbaycanda heç bir heyvan və heyvan mənşəli məhsul idxal edilməyib.

Xəbərdə deyilir ki, Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsulların idxalına həmin ölkələrin baytarlıq xidmətləri icazə verir. Bu da həmin məhsulların sağlamlığı ilə bağlı baytarlıq sertifikatı və digər sənədlər təqdim edildikdən sonra mümkün olur.

Baytarlıq Xidməti bildirir ki, Azərbaycana gətirilən bütün məhsullara nəzarət olunur. Ötən müddət ərzində laboratoriyada analizləri aparılan idxal olunmuş məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG