Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:49

‘Kirayə evlər bahalaşıb, amma...’- media icmalı 


Yasamal, Qanlıgöl residential compleks. Social evlər

1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü, bank sektorunun ziyana düşməsi, Bakının bahalı yerləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“ Problemli kreditlər bankları batırır”

“Novoye Vremya” qəzetində “Azərbaycan bank sisteminin paradoksları: kreditlər bahalaşır-banklar yoxsullaşır” sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkənin bank sistemindəki durum təhlil edilir.

Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən bildirir ki, bu ilin 4 ayında ölkə bankları ümumilikdə 57,1 milyon manat ziyana düşüb.

Yazıda vurğulanır ki, yüksək faizlərə baxmayaraq bank sisteminin ziyana düşməsi düşündürücüdür.
Müəllif qeyd edir ki, Palata bankların birləşməsini çıxış yolu sayır. Ancaq yazıda buna şübhə bildirilir. Üstəlik, müəllif hesab edir ki, bu ölkənin bank sisteminin sağlamlaşrdırılmasından daha çox bu sahədə inhisarçılığa səsəb ola bilər:

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı


“ Yeri gəlmişkən, Azərbaycan bank sistemində inhisarçılıq özünü çoxdan göstərir. İri banklar nisbətən kiçik bankları udur və bazara öz şərtlərini diktə edir”

Müəllif hesab edir ki, əhalinin bank sisteminə etimad səviyyəsinin yüksəlməsi bu sahədə vəziyyətin düzəlməsinə xidmət edə bilər.

Yazıda təəssüflə vurğulanır ki, banklar faiz dərəcələrini aşağı salmağı düşünmürlər.

Müəllifə görə, öz növbəsində problemli kreditlər də bankları “batırır”.

Rəsmi rəqəmlərə görə, problemli kreditlər 1,7 milyard manat təşkil edir.

“Bakının bahalı və uçuz yerləri”

“Yeni Müsavat” qəzetində “Ən bahalı mənzillər Səbayel və Nərimnaovdadır” sərlövəhli yazı yer alır.

Ən bahalı mənzillər Səbayel və Nərimanovdadır - qiymətlər

Bəs görəsən, hazırda Bakıda ən bahalı mənzillər və torpaq sahələri hansı rayonlardadır? “Yeni Müsavat”ın sualını cavablandıran daşınmaz əmlak eksperti Nüsrət İbrahimov bildirdi ki, ümumi rayonları m...

Müəllif Bakıda mənzil bazarını daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovla dəyərləndirib.

Buna da bax: Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]

Bakı, "Sovetski" - Foto Cahangir Yusif, 23 dekabr 2012
Bakı, "Sovetski" - Foto Cahangir Yusif, 23 dekabr 2012

​N.İbrahimov deyib ki, ümumi rayonlar müqayisə edilsə orta qiymət üzrə ən bahalı evlər Bakıda Nərimanov rayonundadır:

“Çünki Bakıda rayonlar elə yerləşir ki, bir ucu şəhərin mərkəzində olur, digər ucu isə gedib şəhər kənarına çıxır. Səbail rayonunun da bir hissəsi şəhərin tam mərkəzini əhatə edir və orada mənzillər bahadır. Digər hissəsi isə Badamdar qəsəbəsinə, Şıxova qədər uzanır. O baxımdan rayonlar üzrə orta qiyməti hesabladıqda, ən bahalı mənzillər Nərimanov rayonundadır”.

N.İbrahimov vurğulayıb ki, torpaq bazarında isə ən bahalı yer Səbail rayonundadır:

“Çünki bu rayonun bir hissəsi “Torqovı” deyilən əraziyə düşür. Orada torpaq daha bahadır. İkinci yerdə isə Nərimanov rayonudur. Məsələn, 100 kvadratmetrlik, orta təmirli bir mənzilin qiyməti Nərimanov rayonunda orta hesabla 180 200 min manat arasında dəyişirsə, Nəsimi rayonunda 170-185 min arasında dəyişə bilər. Yasamal rayonunda 100 kvadratmetrlik mənzilin orta qiyməti 155-160 min manat civarındadır”.

Ekspert vurğulayıb ki, Bakıda ən ucuz ev və torpaq sahələri Qaradağ rayonundadır.

N.İbrahimov mənzillərin icarə və kirayə götürülməsinə də toxunub.O, deyib ki, may-iyun aylarında qiymətlərdə sabitlik olur, avqustun sonundan etibarən icarə bazarında canlanma yaşanmağa başlayır:

“Sentyabr ayında isə bazarda aktivlik artır. Son zamanlar sosial mənzillərin satışa çıxarılması da mənzil bazarına ciddi bir təsir göstərmədi. Çünki həmin mənzillərin alıcı kontingenti bu bazarla əlaqələri olmayan bir qrupdur. Ona görə də onların bazara hər hansı təsiri hiss olunmur”.

Ekspert deyib ki, amma Bakının bəzi rayonlarında köhnə binaların sökülməsi kirayə mənzil bazarına müəyyən qədər təsir edib və qiymətlər bahalaşıb. Amma bununla belə ekspert vurğulayıb ki, bahalaşma, hələ ki, 2014-cü il səviyyəsinə çatmayıb.

2015-ci ildə baş verən devalvasiyalar mənzil bazarında böhran yaratmışdı.

“Uşaqlara dövlət qayğısı”

Uşaqlar, Astara, Azərbaycan, sentyabr 2017
Uşaqlar, Astara, Azərbaycan, sentyabr 2017

“Azərbaycan” qəzetində “Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir” sərlövhəli yazı dərc edilib.

Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Körpə dünyaya gətirmək, böyüdüb boya-başa çatdırmaq, uğurları ilə qürur duymaq hər bir ailənin, ata və ananın böyük arzusudur. Çünki övlad heç bir var-dövlətlə ölçülməyən nemətdir, əvəzolunmaz varlıqdır. Övlad sahibi ..edilib.

Müəllif xatırladıb ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Yazıda iddia olunur ki, Azərbaycanda uşaqlar dövlət qayğısı ilə əhatə olunublar:

“Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir”.

Müəllif vurğulayır ki, bu mənada Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın beynəlxalq “Uşaq Hüquqları haqqında Konvensiya”ya qoşulması təsadüfi sayılmaz.
Yazıda habelə vurğulanır ki, həmin siyasəti indi də prezident ilham Əliyev uğurla davam etdirir:
“Ölkəmizdə bu sahədə həyata keçirilən işlər uşaq siyasətində qarşıya qoyulan məqsədlərin layiqincə reallaşmasından xəbər verir. Son 15 ildə bu istiqamətdə olduqca mühüm sənədlər qəbul edilib, xüsusən uşaqların ailələrə verilməsi sahəsində dövlətin diqqət və qayğısı yüksəlib”


Müəllif yazıb ki, ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin daha böyük uğurlar əldə etməsində Heydər Əliyev Fondunun xidmətləri xüsusilə qeyd edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG