Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

Azərbaycandan pullar hara daşınır


Dollar
Dollar

2 aprel ölkə mediasında aparıcı mövzular 2 aprel döyüşlərinin ildönümü, azərbaycanlıların xaricdə ev alması, “Made in Azerbaijan”ın təşviqi ilə bağlı məsələlər olub.

“Azərbaycandan xaricə çıxarılan böyük pullarla bağlı ilginc detallar”

“Yeni Müsavat” qəzeti eyni sərlövhəli məqalədə yazır ki, Azərbaycan vətəndaşları son vaxtlar xüsusilə Bolqarıstanda daşınmaz əmlaka böyük maraq göstərirlər. Qəzet xatırladır ki, Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində yer alan məqalədə yazılıb. “Yeni Müsavat” qeyd edir ki, Bolqarıstan həm yeni bazar olduğuna, həm də dünyadakı maliyyə böhranının təsirinə görə Bolqarıstanda daşınmaz əmlak indi çox ucuzdur.

Amma azərbaycanlıların getdikcə daha çox hissəsi əmlak almaq üçün Avropaya üstünlük verir, məqalədə vurğulanır.

Daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Ramil Osmanlı “Yeni Müsavat”a deyib ki, artıq Azərbaycanda daşınmaz əmlaka qoyulan investisiyanın likvitliyi aşağıdır:

Ramil Osmanlı, Bakı, 5 avqust 2009
Ramil Osmanlı, Bakı, 5 avqust 2009

“Azərbaycanda daşınmaz əmlaka yatırılan investisiyalar artıq səmərəli deyil. Gəlir gətirmək imkanları o qədər yüksək deyil. Risklər həddindən artıq çoxdur. Həm hüquqi risklər, həm iqtisadi risklər var. Əmlakın dövlət ehtiyacların üçün alınması kimi problemlər, şəhərsalma ilə bağlı söküntülər və sair. Eyni zamanda mövcud makroiqtisadi vəziyyətin geriləməsi nəticəsində Azərbaycanda, xüsusilə kommersiya obyektlərinin gəlirliliyinin aşağı düşməsi, iqtisadi aktivliyin azalması da insanları daşınmaz əmlak bazarına yatırım etməkdən çəkindirən amillər sırasındadır. Bu səbəblərlə yanaşı, ölkənin maliyyə bazarında baş verən proseslərin də təsiri var”.

“Aprel döyüşləri bu mifləri darmadağın etdi”

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

Buna da bax: ‘Aprel döyüşləri Azərbaycan ordusunun gücünün təsdiqi idi’

B.Sadıqov vurğulayıb ki, aprel döyüşünün ən mühüm nəticələrindən biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması oldu:

“Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox möhtəşəm bir hadisə oldu. Bununla geri alınmış azad Azərbaycan torpağına qayıdışın əsası qoyuldu”.

Azərbaycan ordusu təlimdə, 28 avqust 2015
Azərbaycan ordusu təlimdə, 28 avqust 2015

B.Sadıqov deyib ki, Azərbaycan getdikcə güclənir, ordusu güclənir, ölkənin səsi hər yerdə eşidilir:

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Ermənilər nə qədər sülhə tez gəlsələr, bu, onların xeyrinədir, nə qədər geciksələr, Ermənistanda adam qalmayacaq”.

Buna da bax: Müdafiə Nazirliyi: «2000 hektar azad edilib»

Azərbaycan ixrac missiyasının səfər marşrutu açıqlandı

"Made in Azerbaijan" brendinin təbliği məqsədilə bu ilin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil ediləcək. Bu barədə fins.az eyni adlı məqalədə yazır.

Müxtəlif ölkələrdə "ticarət ev"lərinin təşkili, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyinatı proseslərinə də start verilib, nəqalədə deyilir:

“Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə və Belarus və s. ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi artıq ödənilir”.

Buna da bax: Qubad İbadoğlu: ''Made in Azerbaijan' qulağa yaxşı gəlir, amma...'

Məqalədə deyilir ki ilin sonunadək daha 3 ixrac missiyasının təşkili planlaşdırılır: sentyabrın 11-dən 14-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək "Worldfood Moscow", oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində "ANUGA" beynəlxalq ərzaq sərgiləri, noyabrın 10-dan 12-dək Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisində təşkil olunan "HKTDC Hong Kong International Wine & Spirits Fair" beynəlxalq şərab sərgisi.

XS
SM
MD
LG