Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:44

Avropanın enerji xəritəsini dəyişən ölkə


TANAP-TAP layihəsi

Avropanın enerji təminatında Azərbaycanın rolu, hökumətin xalqa laqeydliyi, hökumətin hesabatına baxış, ölkə turizminin problemləri bu günkü mediannın aparıcı mövzusudur...

“Azərbaycan” qəzeti “Azərbaycan Avropanın enerji xəritəsini dəyişir” sərlövhəli məqalədə ölkənin enerji təminatı sahəsində rolunu dəyərləndirir.

Məqalədə Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayaq nöqtəsi, daxili imkanları hesabına böyük iqtisadi, maliyyə resursları tələb edən beynəlxalq layihələrin icraçısı adlandırılır:

“Bir vaxtlar investisiya qoyulan Azərbaycan indi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir və ölkəmizin adı qaz ixrac edən böyük dövlətlər sırasında çəkilir”.

Məqalədə Azərbaycanın son 12 ildə mühüm qlobal layihələr həyata keçirdiyi və bu prosesin indi də davam etdiyi deyilir.

Tayyip Erdogan (sağ) və İlham Əliyev TANAP layihəsinin imzalayarkən, Istanbul, 26 iyun 2012
Tayyip Erdogan (sağ) və İlham Əliyev TANAP layihəsinin imzalayarkən, Istanbul, 26 iyun 2012

Müəllif yazır ki, Avropa və Türkiyəyə qaz nəqli nəzərdə tutan “Şahdəniz-2” layihəsi üzrə işlərin 90 faizi, Cənubi Qafqaz Boru Kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilib. Bu isə yaxşı irəliləyişin, layihənin uğurlu icrasının vacib göstəricisidir. Məqalədə vurğulanır ki, dövlət başçısı İ. Əliyev bu günlərdə tamamladığı Fransa səfərində də “Cənub qaz dəhlizi” barədə də geniş məlumat verib:

“Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir”.

Məqalədə deyilir ki, tamamlanmaqda olan Bakı-Tbilisi-Qars, İran dəmiryolu diqqət mərkəzindədir. Bu yol Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır və yüklərin daşınması vaxtını iki dəfə azaldır və artıq yüklər əvvəlki kimi 40-45 günə yox, 15 günə mənzil başına çatacaq.

“Hər şey qaydasında” isə problem nədədir?

“Azadlıq.info” “Əli Əhmədovun əsassız arxayınlığı” sərlövhəli məqalədə hökumətin xalqa laqeydliyi araşdırılır.

Əli Əhmədov, 27 noyabr 2002
Əli Əhmədov, 27 noyabr 2002

Müəllif deyir ki, ölkədə ağır sosial-iqtisadi durum yaranmasına baxmayaraq hökumət buna adekvat reaksiya vermir:

“Küçələrdən su əvəzinə qan axsa da, başımıza göydən daş yağsa da hökumətin yalnız bir açıqlaması var ki, “hər şey qaydasındadır”, hətta dəhşətli statistik məlumatlar ortaya çıxanda da “narahatlığa əsas yoxdur” deyirlər.

Müəllif xatırladır ki, intiharlar artır, amma hökumət ortaya bir “ekspert” çıxarararq onun dili ilə intiharların kritik həddə çatmadığı bəyanatı səsləndirir:

“Məlum oldu ki, hər gün 2-3 nəfərin intihar etməsi hökumət üçün kritik hədd deyil və buna görə narahat olmurlar və deməli, hər gün 500 nəfər intihar etməlidir ki, hökumətimiz həycan təbili çalmaq zərurəti hiss etsin”.

Müəllif məsələnin təkcə intiharla bitmədiyini deyir və ölkədən “beyin axını” başladığını bildirir, amma hökumətin buna da adekvat reaksiya göstərmədiyini vurğulayır:

“Əli Əhmədov deyib ki, ölkədən “beyin axını” bizi narahat edəcək səviyyədə deyil. Təsəvvür edin ki, son illərdə təkcə Türkiyəyə 100-lərlə azərbaycanlı professor köçüb. Xaricdə təhsil alanların böyük hissəsi ölkəyə qayıtmaq istəmir”.

Məqalədə deyilir ki, son illərdə minlərlə vətəndaş Avropa ölkələrinə mühacirət edib və 10 minlərlə vətəndaş ölkədən çıxmağın yolarını axtarır, amma hökumət buna görə narahatlıq keçirmədiyini nəzərə çatdırır.

Müəllif hesab edir ki, bu “beyin axını”nın əsas səbəbi ayda 200-250 manat maaş alan elmi işçinin normal yaşamaqdan məhrum olması, ölkədəki yarıtmaz idarəçilik, ədalətsizlik, elm sahəsinin bazara çevrilməsidir.

“Quş qoymaq” hesabatı...

“Novoye Vremya” qəzetində “Rəsizadə yenə də ən başlıca məsələ haqqında danışmadı” sərlövhəli məqalə oxumaq olar.

Baş nazir Artur Raəsizadə parlamentdə hesabat verir, 14 mart 2014
Baş nazir Artur Raəsizadə parlamentdə hesabat verir, 14 mart 2014

Məqalədə martın 17-də hökumətin 2016-cı ildə fəaliyyətinə dair parlamentə hesabatı müzakirə edilir:

“Azərbaycanda hökumətin varlığı hiss olunmur, heç yerdə rast gələ bilmirsən ki, Artur Rəsizadə Nazirlər Kabinetinin iclasını keçirib, hökumət hansısa qərarları qəbul edib”.

Müəllifə görə ildə bir dəfə parlament önündə hesabata çıxan Nazirlər Kabinetinin fəaliyyəti deyəsən elə bundan ibarətdir.

Məqalədə hesabatın ayrı-ayrı məqamlarına toxunulur.İki ildir davam edən böhranın aradan qalxması ilə bağlı təkliflərin yer almadığı vurğulanır :

“Hökumətin dayanıqlı iqtisadi artıma qayıtmaq ümidləri ancaq islahatlarla doğrula bilərdi ki, bu hökumət də bu islahatları aparmaq gücündə deyil. İqtisadi böhrana qarşı mübarizədə nə qədər bacarıqlı olmaları isə vətəndşaların həyat şəraitinə görə hər kəsin gözü önündədir”.

Müəllif deyir ki, iqtisadiyyatın şaxələndirilməsi baş verməyib, ölkə elə yenə də əvvəlki kimi “neft iynəsi”nin üzərindədir, qeyri-neft sahəsi inkişaf etməyib və onun inkişafı barədə deyilənlər şişirdilib:

Cahangir Hacıyev
Cahangir Hacıyev

“ Sual olunur ki, cüzi də olsa rentabelli olmayan bu sahələr necə inkişaf edə bilərdi və ən yaxşı halda bu sahələr dövlət büdcəsinin “boynu”nda oturublar. Nazirlər Kabinetinə “yeni qan lazımdır, amma ölkənin enerjili cavan nəslini ölkə iqtisadiyyatının idarəedilməsinə buraxmırlar”.

Müəllifin fikrincə, indiki idaerəetmə tərkibi qaldıqca iqtisadiyyatda hər hansı yaxşılaşma gözləməyinə dəyməz. Cəzasız qalan oliqarx-nazrilər inhisara aldıqları sahələrdə qiymətləri var güclərilə bahalandırırlar:

“Nazirlər Kabineti Beynəlxalq Bankda baş verənlərə görə Cahangir Hacıyevi tənqid edir, haqlı, amma sual da yaranır ki, Nazrilər Kabinet bunu görmürdümü, bütünlükdə bank sektorundakı biabırçılıqları görmək belə çətin idimi?”.

Məqalədə bütünlükdə bu hesabatın heç nəyə yaramadığı deyilir:

“Bir sözlə, hökumətin bu hesabatı növbəti “quş qoyma”dır. Amma burda bir sevindirici cəhət var, nəhayət xalq öz baş nazirini gördü”.

Bu qiymət bahalığı lazımdırmı?

“Exo” qəzetində isə diqqəti “Otel sahibləri Azərbaycanın turist potensialını məhv edirlər” (sərlövhəli məqalə cəlb edir.

Müəllif turizm sahəsində mövcud durumu Turizm Assosiasiyasının sədri Nahid Bağırovla müzakirə edir.

keçmiş "Baku" hotel, Bakı
keçmiş "Baku" hotel, Bakı

N.Bağırov deyir ki, Novruz bayramı öncəsi otellərə yüksələn tələb üzündən otel sahibləri xidmət qiymətlərini əsassız olaraq bahalandırırlar:

“Azərbaycanda bir çox otel sahibləri Novruz bayramı öncəsi qiymətlərin dəyərini iki dəfəyə kimi qaldırıblar. İrandan olan çıxsaylı turist axını ilə bağlı yerli sahibkarlar gəlirlərini artırmaq istəyirlər.

N.Hacıyev bayram günlərində otellərin şoxununqiymətlərini qaldırdığını vurğulayır: “Bu turistləri güclü şəkildə çəkindirə bilər. Əgər Azərbaycan turizm sənayesilə şöhrət tapmış ölkə olsaydı ,belə qazanc əldə etmək qəbul edilən sayıla bilərdi, amma indi yox”.

N.Bağırov hesab edir ki, indi Azərbaycan “loyal qiymətlər”lə turist cəlb etməyə üstünlük verməlidir.

Assosiasiya sədri xatırladır ki, yaxınlıqda Gürcüstan kimi turizm bazarı var. Böyük tələbata malik olan bu ölkə turizmi Azərbaycan turizminə birbaşa rəqibdir.

N.Bağırov deyir ki, populyarlığa baxmayaraq Gürcüstan turizm bazarında qiymətlər sabitdir və bu məsələ ölkəni turistlər üçün daha cəlbedici edir.

N.Bağırov deyir ki, Azərbacana turist marağını cəlb etmək üçün ilk növbədə bütün turistlər üçün əlverişli qiymətlər, yüksək xidmət servisi yaradılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG