Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 04:49

İsveçdə Azərbaycanla bağlı korrupsiya faktı

“Azadlıq.info” qəzeti İsveçdə Azərbaycanla bağlı korrupsiya faktının üstünün açılmasından yazır. Məqalədə bildirilir ki, dəmir yolu sövdələşməsindən 3 il sonra Rusiya vətəndaşı Azərbaycan məmurlarından rüşvət almaqda itiham edilərək İsveçdə həbs olunub.

İsveç polisi “Bombardier” korporasiyasının işçisini rüşvət alma şübhəsi ilə saxlayıb, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilib. Məhkəmə sənədlərinə görə, “Bombardier”-in satış direktoru Rusiya vətəndaşı olan Yevgeni Pavlov ötən cümə günü saxlanılıb. Pavlov ağırlaşdırılmış rüşvətdə şübhəli bilinir, İsveç şirkətinə edilən əməliyyatda isə bir neçə nəfərə “şübhə bildirişi” verilib. Bu barədə İsveç Prokurorluğunun anti-korrupsiya şöbəsinin prokuroru Tomas Forsberq deyib.

ABŞ dolları

ABŞ dolları

Məqalədə diqqət ona çəkilir ki, bu həbslər “Bombardier”in başında durduğu konsorsiumun Asiya və Avropanı birləşdirən Qars-Bakı dəhlizi üzrə sifarişi Azərbaycan Dəmir Yolları QSC-dən udandan 3 il sonra baş verib. Bu sövdələşmə – tərtibat, istehsal, təchizat, quraşdırma, qoşa yol xəttinin test və istismarı – 288 milyon dollar dəyərində qiymətləndirilib. Montrealda yerləşən qatar və təyyarə istehsalçısı “Bombardier”-in 203 milyon dollar payı olub.

Söhbət 46 stansiya üçün dəmir yolu siqnalizasiyalarından gedir. Məhkəmə sənədlərinə görə, avadanlıqlar birbaşa Azərbaycana göndərilib, pullar isə dolayı yola London firması vasitəsilə ödənilib. Nəticədə siqnalizasiyaların satışı barədə sövdələşmə iki kontrakla rəsmiləşdirilib. Birinci kontraktla avadanlıqlar 126 milyon krona (19 milyon dollar) nə ofisi, nə telefonu, nə də işçiləri olan “Multiserv Overseas”-ə satılıb. Sonra həmin bu London firması siqnalizasiyaları 695 milyon krona (104 milyon dollar) Azərbaycana satıb. Belə olduğu halda, avadanlıqların yekun dəyəri İsveç Azərbaycan yolunda 5.5 dəfə artıb.

İsveç prokurorluğunun versiyasına görə, Azərbaycan məmurları dəmir yolu siqnalizasiyaları ilə bağlı sövdələşmənin baş tutması üçün “Bombardier”-dən rüşvət alıblar. Hüquq-mühafizə orqanları diqqətə çatdırır ki, 2013-cü ildə keçirilən tenderdə daha ucuz qiymətlər təklif edən başqa kompaniyalar da iştirak edib, amma kontrakt “Bombardier”-lə bağlanıb.

Bu məsələyə Azərbaycan tərəfi hələ ki, münasibət bildirməyib.

Birinci vitse-prezidentin ilk müşavirəsi

“Azərbaycan” qəzeti yazır ki, birinci vitse-prezidentin ilk müşavirəsini məcburi köçkünlərin problemlərinə həsr etməsi böyük razılıqla qarşılanıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın ilk iclası, Bakı, 9 mart 2017

Birinci vitse-prezident Mehriban Əliyevanın ilk iclası, Bakı, 9 mart 2017

Məqalədə vurğulanır ki, Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə doğma torpaqlarından didərgin düşənlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını göstərir. Qəzet qeyd edir ki, qaçqın və məcburi köçkünlərin qayğıları daim hökumətin diqqətində olub. Son 13 il ərzində məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb.

“Mehriban Əliyeva bildirdi ki, son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüb. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılıb”, məqalədə deyilir.

Azərbaycanın orada olmamasından MHŞT itirəcək

Kolumbiyada Azərbaycana qarşı “şəffaf olmayan oyun”, yoxsa...

Azərbaycanın EITI-də statusu dayandırılıb,10 mart 2017

Azərbaycanın EITI-də statusu dayandırılıb,10 mart 2017

“Yeni Müsavat” qəzeti diqqəti Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılmasına, ardınca Azərbaycanın təşəbbüsü tərk etməklə bağlı bəyanat verməsinə yönəldib.

Buna da bax: Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxdı

Qəzetə mövzu ilə bağlı danışan Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib ki, Azərbaycanın MHŞT-da fəaliyyətinin dayandırılması haqda qərarın əsassız olduğunu bildirib. Onun qənaətincə, gətirilən əsaslar əslində bəhanalər olub.

”Aldığını və Ödədiyini Açıqla" adlı təşkilat tamamilə MHŞT-i idarə edir. Orada başqa təşkilatlar, qruplaşmalar var ki, tamamilə anti-Azərbaycan mövqeyindədirlər. Burada məqsəd Azərbaycanda islahedici tədbirlərin həyata keçirilməsinə nail olmaq deyil, ölkəmizə qarşı hər dəfə yeni-yeni tələblər irəli sürməklə onun üzvlüyünə xitam vermək məsələsini qoymaqdır".

S.Məmmədov əlavə edib ki, MHŞT əslində amorf bir qurumdur. Azərbaycanın orada olmamasından Azərbaycan yox, həmin qurum özü itirəcək.

Yeni texnologiyalar hasilatı artırır

“Xalq Qəzeti” isə son illərdə neft-qaz yataqlarının işlənilməsində və istismarında, karbohidrogen ehtiyatlarının hasilatında yeni texnologiyalardan istifadədən yazır.

Neft nasos avadanlığı

Neft nasos avadanlığı

Qəzet qeyd edir ki, bu sahədə atılan addımlar ciddi uğurlara gətirib çıxarıb. Məqaləyə görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyi yeni nəsil ''PADUS-2'' parafinkəsici qurğulardan istifadə edir. Həmin avadanlıqlar “Neft Daşları” və N.Nərimanov adına neftqazçıxarma idarələri üzrə ümumilikdə 73 quyuda tətbiq olunub. Bunun 23 min 122 ton əlavə hasilata imkan yaratdığı bildirilir.

Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər dörd quyuda tətbiq olunub ki, bu da 5443 ton əlavə neft əldə edilməsi ilə nəticələnib.

Məqalədə yeni texnologiyalardan “Boru ştanqlı quyu nasos qurğusu”ndan, şüşə-plastik nasos-kompressor borularından istifadə edildiyi də qeyd olunur.

Bütövlükdə 2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilib ki, bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG