Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:29

E. Məmmədyarov BMT-nin baş katibi ilə görüşüb


Elmar Məmmədyarov BMT Baş Assambleyesı 28 sentyabr 2014

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində iyunun 1-də BMT baş katibi Antonio Quttereslə görüşüb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Xəbərə görə, BMT baş katibi E. Məmmədyarovu Azərbaycan Xalq Cümhiriyyətinin qurulmasının 100 illiyi münasibətilə təbrik edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib.

Nazir vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması regional sülhə ciddi təhdid yaradır.

Görüşdə tərəflər habelə, qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, mayın 28-də BMT-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyli ilə bağlı tədbir keçirilib. Nazir E.Məmmədyarov bu tədbirdə iştirak etmək məqsədi ilə ABŞ-a səfər edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG