Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Daha bir neçə xarici şirkət bağlanıb


Foto: arxiv

“Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycan filialının bağlandığını elan edib.

Bu şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərir və xüsusi reagentlərin geniş çeşidini təqdim edir, neft-qaz sənayesində yaranan texniki problemlərin həllini təmin edirdi. Şirkətin təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.

Turan agentliyinin xəbərinə görə, Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlanıb. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bahri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edilib.

2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirilib. O, bu gün adını dəyişib “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan edib. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.

XS
SM
MD
LG