Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 16:00

Azərbaycandan Türkiyəyə yatırım azalıb


Türkiyə bayrağı, 7 avqust 2016

Bu ilin səkkiz ayında Türkiyədə Azərbaycan kapitallı 85 şirkət yaradılıb.

Türkiyə Palatalar və Birja Birliyinin məlumatında belə yazılır.

Qeyd olunan göstərici ötən ilin analoji dövrü ilə müqayisədə azdır. 2016-cı ildə Azərbaycan vətəndaşları Türkiyədə daha fəal olublar. Onların 106 şirkət və məhdud məsuliyyətli cəmiyyətin səhmdarları sırasına daxil olduqları bildirilir.

Verilən məlumata görə, Azərbaycanın iştirakı ilə bu il Türkiyədə yaradılan şirkətlərin ümumi kapitalı 14,4 mln. Lirə təşkil edib. Bu göstəricidə də azalma olduğu qeyd edilir.

2016-cı ildə Türkiyədə yaradılan 152 şirkətə Azərbaycan sərmayəsinin yatırıldığı vurğulanırdı. Bunun 48-i səhmdar şirkətlər idi. Ötən il 2015-ci illə müqayisədə 17 şirkətin az qurulduğu, elə yatırımların həcmində də azalma baş verdiyi bildirilir. Açıqlanan rəqəmlərə görə, 2015-ci ildə qurulan şirkətlərin ilkin kapitalı 57,3 milyonlir olub, ötən il sərmayələrin təqribən 2 dəfə azalaraq 31,4 milyon lirəyə düşdüyü vurğulanır.

Türkiyənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan 2010-2016-cı illərdə bu ölkəyə 4,9 milyard dollarlıq yatırımla 12-ci yerdə qərarlaşıb. Bunun əhəmiyyətli hissəsi SOCAR-ın payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG