Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 12:45

Azərbaycan Türkiyədə iki gəmiçilik şirkəti yaradıb


Azərbaycan gəmisi

Xəzər Dəniz Gəmiçiliyi (XDG) Qapalı Səhmdar Cəmiyyəti Türkiyədə iki yeni şirkət təsis edib.

Bu haqda XDG məlumat yayıb.

Yeni yaradılan şirkətlər “Caspdry” və “Casptankers” adlanır. “Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin istismarını həyata keçirəcək.

Şirkətlərin Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq məqsədilə yaradıldığı bildirilir.

Xəbərdə deyilir ki, Amerika Gəmiçilik Bürosu ( ABS) “Caspdry” şirkətinə artıq İSM-in tələblərinə cavab verdiyini təsdiqləyən uyğunluq sertifikatı verib.Yaxın vaxtlarda “Casptankers”in də uyğunluq sertifikatı alacaq.

Belə sertifikatlar Xəzərdənkənar hövzələrdə iri həcmli gəmilərin istismarına imkan verir.

Hazırda Xəzər Dəniz Gəmiçiliyi-nin Qara və Aralıq dənizlərində 10 quru yük gəmisi üzür.

Günün bütün mövzuları

XS
SM
MD
LG