Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:21

Ölkənin sürüşmə zonaları aktivləşib


Azərbaycan, Lerik, Davradibi kəndi, torpaq sürüşməsi noyabr 2016

“Ötən ay Zığ sürüşmə sahəsi aktivləşib, Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi boyunca isə uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Əziz Qaralov deyib ki, fevral ayında Astara rayonunda Kijəbə sürüşmə sahəsində çatların ölçülərində artım olub. Deqədi-Pəlikeş avtomobil yolunun 5- 8 və 10-cu km-də aktivlik qeydə alınıb, eynilə də yolboyu yeni çökmə sahələri əmələ gəlib.

Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-dəki sürüşmə sahələrində aktivlik qeydə alınıb. Lənkəranda Horavenç, Gəgiran sürüşmə sahəsində aktivlik baş verib və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb.

Cəlilabadda Sadatlı sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb.

Ə. Qaralovun sözlərinə görə, Gədəbəydə Daşbulaqçayın sağ sahilində yerləşən yüksək maililiyə malik Pirdağ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub. Gədəbəydə Arıqıran sürüşmə sahəsi də aktivləşib.

Ekspedisiya rəisi deyib ki, Xızı-Altıağac, Quba-Xınalıq avtomobil yolunun, müəyyən hissəsində, Siyəzəndə, Qobustanda Poladlı sürüşmə sahəsinin parametrlərində artım baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG