Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Cenevrədə Azərbaycan tarixinə aid 36 min arxiv sənədinin surəti çıxarılıb


BMT-nin Cenevrə bölməsinin kitabxanasında Azərbaycanın Cümhuriyyət tarixi üçün xüsusi önəm daşıyan 36 min səhifəlik sənədlərin surəti çıxarılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, İsveçrədə səfərdə olan baş nazirin müavini Əli Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkiblər.

Hazırda BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyət daşıyır. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır.

Bu sənədlərin sırasında Paris sülh danışıqlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər var.

Xəbərdə vurğulanır ki, sənədlərin yüksək əhəmiyyətini nəzərə alaraq, 2016-cı ilin sonunda Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid, ümumilikdə, 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb.

Həmin sənədlərin yerləşdiyi elektron yaddaş BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Azərbaycan rəsmilərinə təqdim olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG