Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 17:34

Bəzi yerlərində qarın qalınlığı 80 sm-ə çatıb


Foto: arxiv

Yanvarın 27-də Azərbaycana yağan qarın hündürlüyü bəzi yerlərdə 74 sm olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 2-24, Kiçik Qafqazda 8-14, Naxçıvan MR-da 3-6, Lənkəran-Astara zonasında 1-12, Mərkəzi-Aran rayonlarında 1-10, Qazax-Gəncə zonasında 1-5 mm olub.

Açıqlamaya görə, qar örtüyünün hündürlüyü Sarıbaşda 74, Ağdərədə 68, Şəkidə 30, Şahbuzda 27, Gədəbəydə 22, Daşkəsən, Qəbələ, Oğuz, İsmayıllıda 20

sm olub.

Şərurda 19, Zaqatala, Xaltanda 14, Altıağac, Göygöldə isə 10 sm çatıb.

Bakıya yağan qarın hündürlüyü 3 sm olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG