Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:08

Neft şirkətləri niyə Azərbaycan borusu almır...


"Azərboru" zavodu

İqtisadçı İlham Şaban neft şirkətlərinin mülahizələrinə dayanaraq, bunu yerli poladın xammalının keyfiyyət göstəricilərinə bağlayır.

Bu ilin birinci yarısında Azərbaycanda hazırlanan polad boruların hamısı ixrac olunub. Dövlət Statistika Komitəsi (DSK) bu dövrdə istehsalın (27 min 274 ton) 12,8 faiz azaldığını, Dövlət Gömrük Komitəsi (DGK) isə ixracın (28 min 536 ton) təxminən eyni səviyyədə qaldığını açıqlayıb.

Buna da bax:​ 'Əsrin müqaviləsi'ndən ötən 23 il

İdxal azalıb, amma istehsaldan yenə də çoxdur

2016-cı ildə polad borular əsasən Türkmənistana göndərilirdisə, indi satış coğrafiyası bir qədər genişlənib, Qazaxıstan, Rusiya, Ukrayna və İranı da əhatələyir.

Yerli istehsalçıların çoxluğuna baxmayaraq, polad boru idxalının həcmi istehsalı xeyli üstələyir. Bu dövrdə ölkəyə 48 min 755 ton xaricdə yayılmış polad gətirilib. Bir çox layihələrin tamamlanması səbəbindən idxal son bir ildə təxminən 100 min ton azalıb.

«Polad lövhə alıb, burada qaynaq edirlər»

Buna da bax:​ Neft sazişinin müddət və şərtləri dəyişdi, dəyişməyən nə oldu

Polad boruların əsas istifadəçiləri neft şirkətləridir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, onlar xaricdə istehsal olunan polad borulara üstünlük vermələrini Azərbaycanda keyfiyyətli polad xammalının olmamasına bağlayırlar. «Şahdəniz-2 layihəsi üzrə tikinti işləri zamanı bir şeyi öyrənmişdim – nə mümkündürsə, burada etməyə çalışırdılar, təkcə poladı idxal edirdilər. Dərin özüllər zavodunda həmin polad lövhələr isti emaldan keçərək boru şəklinə salınır, bundan dayaq blokları tikilirdi. Bu zavodda ən müasir lazer qaynaq aparatları var. Qaynaqçılar 2 min manatadək əmək haqqı alırlar», – ekspert İlham Şaban deyir.

İlham Şaban
İlham Şaban

Xaricdən 2 dəfə baha alınır

Bu il Azərbaycan markalı polad borular xaricə tonu 707,9 dollara satılıb. Bu, ötən ilin eyni dövründəkindən 16,7 dollar ucuzdur. İdxal olunan borunun alınmasına isə bundan iki dəfə çox – 1415 dollar/ton ödənilir.

Buna da bax:​ SOCAR 'Gazprom' və 'Rosneft'lə danışıqlar aparıb

Azərbaycanda polad boru istehsalçıları «Azertexnolayn» MMC, «Baku Steel Company» MMC, «Mars-A» MMC, «Bakıinşaatsənaye» ASC və «B.M.İ» MMC-dir.

DSK-nın hesabatında sıfır, DGK-da 7 min 177 ton

AzadlıqRadiosu Azərbaycanda polad boru istehsalını araşdırarkən, maraqlı məqam ortaya çıxarıb. Belə ki, DSK ölkədə qaynaq edilmiş boru istehsalının həcmi ilə bağlı məlumat açıqlamır. DGK isə bu ilin altı ayında Azərbaycandan Türkmənistana 7 min 177 ton bu çeşid boru ixrac olunduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG