Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb


Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 15 faiz həddində saxlanılmasına qərar verib. Faiz dəhlizinin aşağı həddidə 10, yuxarı həddi isə 18 faizdəsaxlanıb.

Qərar bankın İdarə Heyətinin bu gün, sentyabrın 18-də keçirilmiş toplantısında verilib.

Bu haqda AMB-nın press-relizində yazılır.

Mərkəzi Bank qeyd edir ki, ölkədə makroiqtisadi sabitlik dərinləşir, iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpasının pozitiv dinmamikası qorunur.

“İnflyasiyanın monetar (pul-kredit) və qeyri-monetar amillərinin təhlili göstərir ki, pul siyasətinə əhəmiyyətli korreksiya etmək zərurəti yoxdur”,məlumatda vurğulanır.

Qərarın əsaslandırması

AMB faiz dəhlizinin parametrlərinə dair qərar verərkən nəzərə alınan makroiqtisadi meylləri də açıqlayıb. İqtisadi aktivlik, xarici balans, məzənnə, inflyasiya prosesi, monetar şərait bu sırada sadalanır.

“Qiymət dinamikassında əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub”, AMB qeyd edir.

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini növbəti dəfə noyabrın 15-də müzakirə edəcək.

Xatırlatma

Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizləri məsələsinə bundan əvvəl avqustun 1-də -də baxmışdı.

Həmin vaxt da uçot dərəcəsi 15 faiz həddində dəyişməz saxlanılmışdı. Qərarda həmçinin, faiz dəhlizinin aşağı həddinin 10, yuxarı həddinin isə 18 faiz səviyyəsində dəyişməz saxlanılması nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG