Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

'Yanacaq, su və çörək bahalaşacaqmı?'


İlham Əliyev Bakıda çörək zavodunda

“Maya dəyərində elektrik, qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşacaq”

Əlillərə dövlət qayğısı, Qərblə münasibətlərə baxış, ölkə əhalisinin qaz problemi, növbəti bahalanma gözləntisi bu günkü medianın aparıcı mövzusudur.

“Əlillərə qayğı- sosial dövlət prioritetidir”

“Azərbaycan” qəzetində “Cənubi Qafqazın ən böyük, müasir və keyfiyyətli bərpa-müalicə mərkəzi” sərlövhəli məqalədə Respublika Əlillərin Bərpa Mərkəzinin() fəaliyyətindən bəhs edilir.

Müəllif deyir ki, ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə əhatə edilməsi, ictimai həyatda fəal iştirak imkanlarına şərait yaradılmasıdır:

Qazaxıstan əngəlli qadınlar arasında gözəllik yarışması 12 noyabr 2016
Qazaxıstan əngəlli qadınlar arasında gözəllik yarışması 12 noyabr 2016

“Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursu bu sahədə tədbirlərin ildən-ilə güclənməsi, əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması yönündə mühüm addımların atılması ilə müşahidə edilir”.

Məqalədə vurğulanır ki, Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və ictimai həyatda iştirak etmələrinə şəraitin yaradılması istiqamətindəki tədbirlər geniş miqyaslı və uğurludur, bu isə sosial dövlətin əsas üstünlük gösətricisidir.

“Hakimiyyətin xarici siyasətdəki ikiüzlülüyü”

“Azadlıqinfo” saytı “Hakimiyyətin xarici siyasətdəki ikiüzlülüyü” sərlövhəli

məqalədə rəsmi Bakının Avropa və ABŞ-a münasibətdə səmimi siyasət yürütməməsini müzakirə edir.

Məqalədə deyilir ki, Azərbaycan hökuməti daxili siyasətdə nə qədər qeyri-səmimi, riyakardırsa, xarici siyasətdə də bir o qədər ikiüzlüdür:

SOCAR-ın yeni ofisinin açılışı, Bakı 30 may 2016
SOCAR-ın yeni ofisinin açılışı, Bakı 30 may 2016

“Uzun illərdir ki, Azərbaycan hakimiyyəti Avropanı, ABŞ-ı söyməklə məşğuldu. Telekanallar, rejim təmsilçiləri Avropadakı ədalətsizliklərdən, ABŞ-dakı ikili standartlardan dəm vururdu”

Məqalədə vurğulanır ki, neftin qiyməti kəskin azaldıqdan, ölkəni böhran bürüdükdən sonra isə hökumət bu istiqamətdə özünü yeni kurs götürən kimi göstərdi.

“Avropalıları ölkəyə sərmayə qoymağa çağırırlar, ölkədə biznes forumlar keçirirlər, ölkə başçısı ABŞ-ın nümayəndə heyətini qəbul edir, ABŞ-la əməkdaşlığın yüksəldilməsinə maraqları olduğunu bildirirlər”.

Ancaq müəllif deyir ki, bu gün Azərbyacan hökumətinin dostları dünyanın ən geridəqalmış ölkələridir, çünki bu ölkələr Azərbaycandan demokratiya, şəffaflıq tələb etmir, hökumətin siyasətində də əsas meyar məhz budur:

“Bu da bizim hökumətin ikili standartıdır. Belə sürüşkən siyasətlə nə Qarabağı azad etmək olar, nə ölkəni böhrandan çıxarmaq olar, nə də dünyada normal dövlət kimi qəbul olunmaq mümkündür”.

Foto: arxiv
Foto: arxiv

“Hamını bəzər” fəlsəfəsi

“Novoye Vremya”da çap edilən “Azərbaycan öz vətəndaşlarını qazla təmin edəcəkmi?” sərlövhəli məqalədə müəllif ölkə əhalisini qazla nə dərəcədə təmin olunmasını araşdırır.

Müəllif deyir ki, ölkədə qazın, yanacağın, elektrikin qiyməti qalxdığı bir vaxtda hökumət ölkə vətəndaşları istisna olmaqla, qalan hamını “mavi yanacaq”la təmin edir. Məqalədə noyabrın sonuncu dekdasında Azərbaycandan Ukraynaya 740 ton propan-butan qarışığı göndərildiyi, Azərbaycan hökumətinin Belorusa da bu istiqamtdə yardım etdiyi vurğulanır.

Yazıda vurğulanır ki, Bakı öz xalqından başqa hamıya yardım əlini uzatmağa hazırdır, qonşu ölkələri ucuz qazla təmin edir.

Müəllifə görə, Azərbaycan kəndləri isə qazla təmin edilmir, kəndlər bir tərəfə, Bakının özünə qaz fasilələrlə verilir. Məqalədə son vaxtlar qaz çatışmazlığının hiss edildiyi vurğulanır.

Manat
Manat

Yeni bahalanma gözləntisi

“Bizim Yol” qəzetində “Yanacaq, su və çörək bahalaşacaqmı?” sərlövhəli məqalədə müəllif ölkədə qiymət artımının perspektivini ekspertlərlə dəyərləndirir. Bu dəyərələndirməyə səbəb isə qazın və elektrikin qiymətlərinin artırılmasına dair Tarif Şurasının 28 noyabr qərarıdır.

İqtisadçı ekspert Rəşad Həsənov düşünür ki, faktiki olaraq maya dəyəri, iqtisadi faktorlar baxımından yanacağın qiymətinin artırılması üçün heç bir əsas yoxdur və arqumnetini belə əsaslandırır:

“Çünki, hazırda neftin qiyməti azalıb.Təbii ki, bu da özümüzdə istehsal olunan məhsuldur. Eyni zamanda, beynəlxalq praktikada göstərir ki, bir çox hallarda Azərbaycan kimi resurs ölkələri gəlirlərin müəyyən bir qismini kompensasiya etmək üçün yerli satışı, yəni daxili qiymətləri artırmaq yolu ilə müəyyən çıxış yolları axtarır”.

“Tarif Şurasının qaz və elektrik enerjisinin bahalanması barədə qərarının psixoloji, iqtisadi nəticələri olacaq”.

İqtisadçı Qubad İbadoğlu-nun fikirncə bu qərarın iqtisadi nəticələri uzunmüddətli və davamlı olacaq, maya dəyərində elektrik, qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG