Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 12:05

Maliyyə sabitliyinin 2025-ci ilədək təmin ediləcəyi deyilir


Azərbaycan manatı

“Effektiv fiskal və monetar idarəetməni dəstəkləmək üçün maliyyə sektorunda sabitlik və likvidlik 2025-ci ilədək tam təmin ediləcək”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində deyilir.

Sənəddə bildirilir ki, bunun üçün dövlət istiqrazlarının və sərbəst dövriyyədə olan digər qiymətli kağızların daha likvid olması təmin edilməlidir.

“Likvidlikdə artım vacib qiymət siqnalı olub, real iqtisadiyyata daha çox kredit kütləsinin axını ilə nəticələnən likvid banklararası bazarın inkişafına təkan verir. Daha dərin kapital bazarları çevik yerli investisiyalar üçün imkan qazandırır . Bu, müvəqqəti sərmayə imkanları axtaran investorlar üçün xüsusilə vacibdir".

Sənəddə deyilir ki, əsas məqsəd daha çox yerli kreditorları və kredit axtaranları kapital bazarlarına cəlb etməkdir:

" Bu, kapital bazarlarının daha da şaxələndirilməsi və volatilliyin azaldılmasına gətirib çıxarır, manatın daha cəlbedici olması üçün manat nominasiyalı investisiya qoyuluşlarına daha geniş imkanlar açır. Nəticədə, hazırda əsasən ABŞ dollarında saxlanan yığımlar get-gedə daha çox manata çevriləcək".

Sənəd müəlliflərinin fikrincə, Azərbaycanda 2025-ci ilə qədər maliyyə sektorunda qısamüddətli sabitləşdirmə təmin ediləcək, ortamüddətli dönəmdə struktur islahatları ilə inkişaf gücləndiriləcək, uzunmüddətli dönəmdə isə maliyyə sektoru qlobal müstəvidə açıq rəqabətə hazırlanacaq.

Prezident İlham Əliyev 2016-cı ilin martında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədini təsdiq edib. Bu sənəd milli iqtisadiyyatın və onun 11 əsas sektoru üzrə inkişafı nəzərdə tutur. Dekabrın 6-da isə dövlət başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tsdiq edilməsi haqda” fərmn imzalayıb.

XS
SM
MD
LG