Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:09

Azərbaycan 2025-ci ildə birinci olacaq – kölgə iqtisadiyyatına görə


Fotyo arxiv
Fotyo arxiv

Beynəlxalq Diplomlu və Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) 2025-ci ilədək qlobal kölgə iqtisadiyyatına təsir edən amillərə dair təhqiqatın nəticələrini açıqlayıb. Hesabat 28 ölkədə şirkət yönəldiciləri və peşəkar mühasiblərin ekspert rəyləri, eləcə də perspektiv meyllər nəzərə alınmaqla hazırlanıb. Sənəddə Azərbaycan kölgə iqtisadiyyatının Ümumi Daxili Məhsula (ÜDM) nisbətinə görə 67,04 faizlə birinci yerdə qərar tutub və 2025-ci ildə də onun bu mövqeyi əldən verməyəcəyi ehtimal olunur.

40 milyard manat «kölgədədir»

Təhlil üzə çıxarıb ki ( https://goo.gl/jG7PzD), 2011-ci illə müqayisədə Azərbaycanda kölgə iqtisadiyyatı 20 faiz artıb. Beş il öncə Azərbaycan bu göstəriciyə görə təkcə Nigeriyadan (50,73 faiz) geri qalırdı. Bu illər ərzində Nigeriya iqtisadiyyatının «kölgəli» tərəfləri bir qədər azaldığından Azərbaycan 67 faiz göstəriciylə onu ikinci yerə sıxışdırıb. Ekspertlərin hesablamalarına görə, 2016-cı ildə Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 40 milyard 220 milyon manat olub.

Foto arxiv
Foto arxiv

ACCA-nın təhlil proqnozu göstərir ki, bu il Azərbaycanda kölgə iqtisadiyyatı ÜDM-nin 66,12 faizi qədər olacaq. 2025-ci ildə qeydə alınmayan iqtisadiyyat bir qədər azalacaq, lakin yenə də yüksək olaraq qalacaq - ÜDM-nin 58,38 faizi səviyyəsində.

Buna da bax: "Azərbaycanlılar pulu niyə Azərbaycana yox, Gürcüstana qoyurlar?

Azərbaycanda kölgə iqtisadiyyatına nə təsir edir?

Hesabatda göstərilir ki, kölgə iqtisadiyyatının həcminə təsir edən amillər ölkədən ölkəyə dəyişir. Məsələn, Azərbaycanda bu amillər – hökumətin geniş yayılmış korrupsiyanı azaltmaqda acizliyi, qeyri-demokratik siyasi sistemin mövcudluğu və ÜDM-nin qeyri-standart artım templəri gözləntisidir.

Yerli ekspertlər hesabatı sakit qarşılayıb

Qeyd edək ki, təhqiqat ACCA-nın xüsusi metodologiyası əsasında aparılıb və kölgə iqtisadiyyatının ümumi həcmini təyin edir. Hesabatda ÜDM-nin ayrı-ayrı sahələri (sənaye, kənd təsərrüfatı, xidmət) üzrə vergidən gizlədilən göstəricilər əks olunmur.

Beynəlxalq təşkilatın açıqlaması yerli müstəqil ekspertləri təəccübləndirməyib. Onların bir çoxu bu fikirdədir ki, ACCA-nın bu təqdimatı ölkədə, əsasən, qeyri-neft-qaz sektorunda qeydə alınmayan iqtisadiyyatı göstərir və vergi yığımları potensialından xəbər verir.

Bu hesabata rəsmi münasibət almaq, hələlik, mümkün olmayıb. Ancaq Dövlət Statistika Komitəsi öncəki illərdə ÜDM-nin hesablanması zamanı qeyri-formal iqtisadiyyatı 8-9 faiz civarında nəzərə aldığını bildirirdi.

Buna da bax:'İş adamları şirkətlərini bölürlər'

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG