Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Ayaz Salayev: 'Sovet dövrünə, köhnə kinoya həsrət mənim xoşuma gəlmir...'


"Azərbaycanfilm"
"Azərbaycanfilm"

Tahir Tahiroviç: “Dövlət nəzarətində olan filmlər kommersiya filmlərinə qalib gələ bilməsə də, ən azından, onlarla ayaqlaşmağı bacarmalıdır. Çox təəssüflər ki, “Azərbaycanfilm” kinostudiyasının o gücü qalmayıb”.

Bu gün – avqustun 2-də Azərbaycan kinosunun 119 yaşı tamam olur. Hələlik, Kann, “Qızıl Ayı”, Oskar kimi nüfuzlu mükafatlara sahib olmasa da, o, bir əsrdən yuxarıdır yol gəlir. Milli kino hədəfinə doğru nə qədər yol qət edə bilib?

Buna da bax:​ Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın adıyla bağlıdır'

AzadlıqRadiosu bu suala kinorejissorlar Ayaz Salayev Tahir Tahiroviçdən, eləcə də mədəniyyət yazarı Aliyə Dadaşovadan cavab alıb. Onlar Azərbaycan kinosunun bu gününü tənqid etsələr də, sabaha ümidlərini də ifadə ediblər. Nədən qaynaqlanır o ümid?

Ayaz Salayev
Ayaz Salayev

Ayaz Salayev: “Milli kino qayğı görərsə, çiçəklənəcək”

Kinorejissor Ayaz Salayevin qənaətincə, Azərbaycan kinosu haqqında “yanlış təsəvvür” formalaşıb, həmin təsəvvürə görə, sovet dövründə Azərbaycan kinosu “daha səviyyəliydi və güclüydü”. Ancaq kinorejissor hesab edir ki, milli kino məhz ölkə müstəqillik qazandıqdan sonra “müstəqil kinoya” çevrilib:

“Məhz müstəqillikdən sonra incəsənətin çox az növləri dünya miqyasına çıxa bilib. Məsələn, muğam çıxa bilib, bəzi bəstəkarlar, bəzi rəssamlar dünya səviyyəsinə çıxa bilib, o cümlədən də kino. Sovet dövründə çox az hallarda dünya miqyasına çıxa bilirdik. Bu baxımdan deyirəm ki, Azərbaycan kinosu bu gün ölkəni xaricdə tanıtdıra bilər”.

Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

O zaman sual yaranır: “Azərbaycanı tanıdacaq filmlər hansılardır?” Ayaz Salayev “Sadalamaq istəməzdim. Kiminsə adını çəkib-çəkməmək məsuliyyətdir. Amma belə filmlər var” deyir. Və əlavə edir: “Söhbət son illərdən getmir, müstəqillik qazanıldıqdan sonrakı dövrü nəzərdə tuturam, yəni 1990-cı illərdən bəri”.

Ayaz Salayev: "Sovet dövrünə, köhnə kinoya həsrət mənim xoşuma gəlmir. Yeni kino ondan qat-qat maraqlıdır"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00
Direct-ə keçid

Kinorejissor əmindir ki, Azərbaycan kinosunun “yaxşı bir gələcəyi” ola bilər, “milli kino qayğı görərsə, çiçəklənəcək” deyir. Səbəbini də belə izah edir: “Yeni adlar gəlir, yeni nəsil gəlir, tamamilə yeni bir kino yarana bilər. Tamamilə yeni bir kino. Sovet dövrünə, köhnə kinoya həsrət mənim xoşuma gəlmir. Yeni kino ondan qat-qat maraqlıdır”.

Bəs yeni dövrdə kino köhnə bəladan – senzuradan qurtula bilibmi? Nəzərə alsaq ki, hələ də Azərbaycanda bir çox filmlər dövlət hesabına çəkilir. Ayaz Salayev əvvəlcə “bu daxili məsələdir” desə də, sonra cavab verir ki, bütün dünyada vəsaiti kim ayırırsa, o da öz tələblərini qoyur, istər dövlət qurumu olsun, istərsə də özəl şirkətlər. “Bir də senzura təkcə siyasi olmur, axı, müxtəlif cür ola bilər”, - deməklə Salayev fikrini tamamlayır.

Buna da bax:​ Sovet isterni – 'Möhtəşəm 7-lik'dən '7 oğul istərəm'ədək

Tahir Tahiroviç: “Azərbaycan kinosu ciddiyyətini itirib”

Başqa bir kinorejissor Tahir Tahiroviçin də fikrincə, Azərbaycan kinosunun “istehsal baxımından” ən yaxşı dövrü 1985-1995-ci illərə aiddir, yəni sovetlərin son, müstəqilliyin ilk illərinə. “Bu 10 il Azərbaycan kinosunun ən pik nöqtəsidir. Həmin dövrdə müəllif filmləri ortaya çıxdı, filmlərin sayı artdı. O dövrdə çəkilən filmlərin sayı sovet dövründə çəkilən filmlərin sayından çox idi. Kino artıq ictimailəşməyə başladı. Komitə səviyyəsindən, nazirlik səviyyəsindən çıxdı və müstəqil həyat yaşamağa başladı”.

Tahir Tahiroviç: “On ildir bu davam edir, kinonu idarə edənlər vəzifədə qaldıqca, bu, davam edəcək"
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

Kinorejissor təəssüflənir ki, son zamanlar Azərbaycan kinosunun “ciddiyyəti itib”, “bu da bizi incidir” söyləyir. Tahir Tahiroviç bunun səbəbini belə izah edir: “Kino dövlət tərəfindən idarə olunur. İldə bir bədii film, 6-7 sənədli film çəkilir, vəssalam. Müstəqil rejissorlar və müstəqil prodakşnlar da işə başlayıb, kütləvi şəkildə filmlər çəkilir. Çəkilən filmlər də komediya janrındadır. Düzdür, komediya janrı özü də ciddi janrdır. Amma indi çəkilən filmlər daha çox gülüş xatirinə, kommersiya xatirinə çəkilir. Dövlət nəzarətində olan filmlər kommersiya filmlərinə qalib gələ bilməsə də, ən azından, onlarla ayaqlaşmağı bacarmalıdır. Çox təəssüflər ki, “Azərbaycanfilm” kinostudiyasının o gücü qalmayıb”.

Buna da bax:​ Kinoya dövlət dəstəyi məsələsində Azərbaycana hansı ölkələr nümunə ola bilər

“Kinonun bir problemi var – idarəçilik!”

Bunu da Tahir Tahiroviç deyir. “On ildir bu davam edir. Onlar – kinonu idarə edənlər vəzifədə qaldıqca, bu, davam edəcək. Sənəti sevmək başqa şeydir, ancaq işi sevmək ayrı. Mahiyyət etibarilə onlar sənəti məndən də çox sevə bilərlər, amma işi bacarmırlar. Bu gün Azərbaycan kinosunun bir problemi var, o da idarəçiliklə bağlıdır”.

Aliyə Dadaşova: “Bizim kinonun perspektivi var”

Aliyə Dadaşova
Aliyə Dadaşova

Mədəniyyət yazarı Aliyə Dadaşova isə hesab edir ki, bugünkü Azərbaycan kinosunun inkişafına həm idarəçiliklə bağlı, həm senzurayla bağlı problemlər təsirini göstərir.

Buna da bax: Kann festivalı-2017-ni ‘Kvadrat’ qazandı

O bir məqam diqqət çəkir ki, indiki milli kino gerçəkliyə adekvat deyil. “Əlbəttə, kino tək gerçəkliyi göstərməli deyil, amma yenə də düşünürəm ki, bizim kinonun perspektivi var. Artıq bu gün kinoteatrlarda yerli film göstərilir və tamaşaçı da buna baxır, fərq etməz bu komediya, kommersiya filmidir, ya yox. Bu, artıq çox yaxşı nəticədir”, - mədəniyyət yazarı belə düşünür.

Aliyə Dadaşova: "Bu gün kinoteatrlarda yerli film göstərilir və tamaşaçı da buna baxır, bu, artıq çox yaxşı nəticədir"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG