Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:15

Qazaxıstan Azərbaycan kartofunu niyə geri qaytarıb?


Azərbaycan kartofu

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) Qazaxıstandan geri qaytarılan kartofu yoxlayıb və iddia olunan zərərli orqanizmi onun tərkibində tapmayıb. Odur ki, qurum Qazaxıstana təklif edib ki, kartof üçüncü ölkənin laboratoriyasında yoxlanılsın.

KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) iyunun 30-da açıqlama yayıb. Açıqlamada deyilir ki, Cəlilabad rayonunda yetişdirilən və Qazaxıstana ixrac olunan 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizmin - Qızılı kartof nematodunun (Globodera rostochiensis Behrens) aşkarlanması əsas göstərilərək geri qaytarılıb:

Buna da bax:​ Kartofçuluğun iki problemi

«Geri qaytarılmış kartofdan təkrarən nümunələr götürülüb və DFNX-nin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılıb. Məhsulda sözügedən nematod aşkar edilməyib». Dövlət xidmətinin məlumatında o da deyilir ki, Cəlilabad rayonunda kartof yetişdirilən əkin sahələrindən torpaq nümunələr götürülüb və onlarda da nematod və ya onların sistalarına rast gəlinməyib.

Bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinə məlumat verilib. Nazirlik birgə komissiyanın təşkil olunmasını və yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin laboratoriyasında yoxlanılmasını təklif edib. Səfirlik DFNX-nin təqdim etdiyi materialların diplomatik kanallarla öz ölkəsinə çatdırılacağını bildirib.

Buna da bax: Azərbaycan yaxın illərdə xaricdən kartof almaya bilər, çünki…

Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iyunun 10-dan 23-dək 81,5 ton kartofu Azərbaycana qaytarıb. Səbəb kimi karantin obyektinin – Qızılı kartof nematodu üzrə dörd halın aşkarlanması göstərilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG