Səhər saatlarında Astara Gömrük Keçid Məntəqəsinin önünə gəlirik.
İrana gedənlərə qoşuluruq.Birinci qapıdan rahat keçirik. İkinci qapıda da sıxlıq yoxdur. Üçüncü qapıda yoxlama başlayır. Geri qayıdırıq. İrana gedənlər bir xeyli azalıb. Onlarla söhbət edirik.
Söhbət etdiyimiz adamlar deyirlər ki, İranda da bahalaşma var. Bəzi məhsulların qiymətlərində azca fərq qalıb. Həmin məhsulları alıb, Azərbaycana gətirirlər, 5-10 manat qazanırlar. Orta yaşlı bir yerli sakin deyir ki, indi alver ölüb:
“Manat güclü olan vaxtları çoxlu mal ala bilirdik”
“Manat güclü olan vaxtları çoxlu mal ala bilirdik. İndi yox. İranda da bahalaşma gedir. Demək olara ki, əksər mallarda qiymət eynidir. Elə ərzaq məhsulları var ki, bizə nisbətdə bahadır. Ona görə də İrana gedənlərin sayı gündən-günə azalır. Elə gün olur ki, İrana heç 100 nəfər də getmir.”
Buna da bax: Gürcüstan gömrüyündə 1 dəqiqə Azərbaycan gömrüyündə 1 saata bərabərdir
Astara şəhər sakini Mirəsgər Mirzəyevdeyir ki, Azərbaycandan İrana mal aparanların sayı artıb:
“İrana soğan, zoğal aparırlar”
“İranda soğanın 1 kiloqramı 3 manat, zoğalın isə 1 kiloqramı 3 manat 50 qəpiyədir. Bizimkilər İrana soğan, zoğal aparırlar. İranlılar isə burdan düyü alıb aparırlar.Orda bahalaşmadır...”
Azərbaycana gələn İran vətəndaşları ilə də söhbətə can atırıq. Bir İran vətəndaşının sözlərinə görə, qohumlarına baş çəkib. İndi geri qayıdır:
“Mən özüm Ərdəbildənəm. Bazarlıq da etmişəm. Geyim, pal-paltar almışam. İstəyirəm hər ay gəlim. Ancaq biz Azərbaycana viza ilə gəlirik. Viza üçün də pul xərcləyirik. Bizə baha başa gəlir...”
Buna da bax: 73 kilo heroin Azərbaycanın gömrük postlarından necə keçib?
Azərbaycanda hicabı çıxarırlar
İran vətəndaşları danışmağa həvəsli deyillər. Deyirlər ki, danışanda narahtçılıq olur. Qadınların hamsı hicablıdır. Azərbaycana gələnlərdən bəziləri sərhəd keçid məntəqsindən uzaqlaşandan sonra hicablarını çxardırlar.
İrandan gələnlərin sayının çoxalması taksi sürüclərinin də artmasına səbəb olub. Bir sürücü deyir ki, əvvəllər sərhəddən Azərbaycanın müxtəlif məntəqələrinə işləyən taksilərin sayı 100-ə yaxın idisə indi bu 200-i keçib.10-15 yerlik mini avtobuslar da var. Taksilər Bakıya bir sərnişini 15-20 manata, avtobuslar isə 10-12 manata aparırlar.
Buna da bax: İran vətəndaşı taksi sürücüsünə: “Baba, 10 manat çox alırsan”
İqtisadçı: “ İranda quraqlıq olub…”
İqtisadçı Vidadi Mirzəyev deyir ki, bu il İranda quraqlıq olub.
Bu da İran bazarına ciddi təsir edib:
“Iran düyü ixracını noyabra kimi dayandırıb.Halbuki, İran düyü ixrac edən ölkələrdəndir. İran Astarasında düyünün 1 kiloqramı 6-12 manatdır. Halbuki, ötən il 3 manat idi. Soğanın 1 kiloqramı 3 manta qalxmışdı. Şəkər tozu 1 manat 30 qəpik, qənd 1 manat 50 qəpikdir. Bahalşma sürətlə gedir. Bizim vətəndaşları ora çəkən istehlak məhsulların ucuz olması idi. İndi qiymətlər bərabələşib. Xırda alverlə məşğul olnlara İranda bazarlıq etmək sərf etmir…”