Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 19:02

Arif Məmmədov: Azərbaycanın bütün müxalifəti birləşməlidir (video)


Arif Məmmədov, 2014

Hakimiyyət cəmiyyəti qutular şəklində idarə edir

Bunu martın 4-də, Çexiyanın paytaxtı Praqada keçirilən Azərbaycan Naminə Demokratiya Hərəkatının (AND) toplantısında, hərəkatın həmsədri, keçmiş diplomat Arif Məmmədov deyib.

Arif Məmmədov bildirib ki, Azərbaycan hakimiyyəti cəmiyyəti qutular şəklində idarə edir.

Ən böyük qutu isə Qarabağ qutusudur:

“20 ildən çoxdur ki, hakimiyyət bu qutudan istifadə edir. Ötən ilin aprelində “Panama sənədləri” yayılan vaxt, ölkədə siyasi və iqtisadi böhran qızışan, bank sistemi iflic vəziyyətə düşən vaxt xalq hərəkətə keçəndə dörd günlük müharibə başlamışdı. Amma hakimiyyət özü qutulardan istifadə edərək özü də qutulara düşür. Hakimiyyətdə olan yaşlı məmurlar yeni qutular yarada bilmirlər. Biz bu qutuları aradan qaldırmağın yollarını düşünməliyik”.

Arif Məmmədova görə, bütün problemləri aradan qaldırmaq üçün bütün müxalif qüvvələri birləşməlidir.

Xaricdə yaşayan azərbaycanlılar AND-ın tədbirində, Praqa, 4 mar4 2017
Xaricdə yaşayan azərbaycanlılar AND-ın tədbirində, Praqa, 4 mar4 2017

AND-nin üzvü Güllü Cahangirova cəmiyyətdə qadınların rolundan və gənclərin maariflənməsinin mühüm çıxış yollarından biri olduğunu vurğulayıb.

Onun sözlərinə görə, siyasi rejim gənclərin savadlı olmasında maraqlı deyil:

“Maarifçilik davamlı olmalıdır. Vəziyyətdən çıxış yolu budur ki, qadınlar öz prioritetlərini dəyişsinlər. Öz rollarını anlasınlar. Qadınlar özlərinə inanmalıdırlar. Anlamalıdırlar ki, onlar anadırlar və dəyərli vətəndaş tərbiyə etməlidirlər. Önəmli olan öz daxilindəki qorxunu çıxartmaqdır. Önəmli olan öz və uşaqlarının haqları uğrunda mübarizədir. Ötən əsrin əvvəlində bizim nənələrimiz öz çadralarını atıblar, iş və ictimai fəaliyyət aparmaq uğrunda mübarizə aparıblar”.

Qənimət Zahid, 4 mart 2017
Qənimət Zahid, 4 mart 2017

Təşkilatın həmsədri, Turan TV-nin direktoru Qənimət Zahid Azərbaycanda siyasi məhbuslar və onların azad olmasının vacibliyi haqqında danışıb.

XATIRLATMA

Azərbaycan Naminə Demokratiya xaricdə yaşayan azərbaycanlıların yaratdığı təşkilatdır. Hərəkat bildirir ki, missiyası Azərbaycanda demokratiyanın qurulmasına dəstək verməkdir.

Azərbaycanın hakimiyyət rəsmiləri isə ölkədə demokratik institutların səmərəli işlədiyini, onları tənqid edənlərin xaricdən maliyyələşən qüvvələr tərəfindən idarə olunduğunu bildirirlər.

VİDEO

Arif Məmmədov: “Azərbaycandakı bütün müxalifət partiyaları birləşməlidir”
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG