Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

Azərbaycan Hollandiyanı insan haqlarını pozmaqda günahlandırır


Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın (Hollandiya) Türkiyəyə qarşı hərəkəti ilə bağlı bəyanat yayaraq bunu qərəzli və ziddiyyətli adlandırıb.

Bəyanatda deyilir ki, bəzi Avropa təsisatları, xüsusilə Avropa parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir.

XİN hesab edir ki,baş verənlər “diplomatik və konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə”pozulmasıdır.

Bəyanatda qeyd olunur ki, bütün bunlar hazırda Avropada yayılmaqda olan islamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir.

Martınq 11-də Niderland Türkiyənin iki nazirinin bu ölkədə keçirilən “referendum təbliğatı” mitinqində iştirakına imkan verməyib.

Bu ilin aprelində Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Tənqidçilər bu dəyişikliklərin əleyhinədir, hesab edirlər ki, bu, siyasi hakimiyyətin bir nəfərin əlində cəmləşməsinə və nəticədə ölkədə avtoritar rejim yaranmasına gətirib çıxaracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG