Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Azərbaycan futbolçuları Şimali İrlandiyadan geri dönə bilmir


Çimali İrlandiya və Azərbaycan 11 noyabr 2016
Çimali İrlandiya və Azərbaycan 11 noyabr 2016

Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfast şəhərindədir.

Xəbəri "Report" yayıb. Xəbərə görə, buna səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən "Boeing 787 Dreamliner" təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır.

Buna da bax: ‘Yığmanın darmadağın olacağını gözləmirdim...’

Xəbərdə deyilir ki, təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan Belfasta yeni təyyarə göndərilməsi də mümkündür. Hələlik Futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər hava limanı yaxınlığındakı otelə yerləşdiriliblər.

2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə qrup (C qrupu) mərhələsi üzrə yarışda Azərbayan Şimali İrlandiya yığmasına və 0:4 hesabı ilə məğlub olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG