Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Xocalı qətliamından 24 il ötür


Xocalı - 1992
Xocalı - 1992

-

Fevralın 26-da Xocalıda baş verənlərdən 24 il ötür.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib.

Rəsmi məlumatda deyilir ki, həmin vaxt 613 nəfər öldürülüb, 1000 nəfər aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib.

8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Həmin vaxt 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

XS
SM
MD
LG