Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:51

Bu gün, oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cabbar Firudin oğlu Zeynalov həlak olub.

Müdafi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, o Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozulması nəticəsində ölüb.

Nazirlik vurğulayır ki, cəbhə xəttində baş verən təxribata görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Buna da bax: Erməni əsgəri öldürülüb

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Elə bu ayın 16-da Azərbaycan və Ermənistan dövlət başçıları ATƏT-in Minsk qrupu həmsədirlərinin təşəbbüsü ilə Cenevrədə göürüşüb Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.

Görüşdən sonra yayılan birgə bəyanatda vurğulanırdı ki, prezidentlərdanışıqlar prosesini intensivləşdirməkdən ötrü tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq məqsədi ilə əlavə addımlar atmağa razılaşıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG