Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:46

Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq


Foto: arxiv

Bundan sonra Bakıda və Azərbaycanın digər şəhərlərində satılan dərmanların qiyməti birbaşa dolların məzənnəsindən asılı olacaq.

Fins.az xəbər verir ki, Tarif Şurası dərmanların qiymətlərinin tənzimlənməsi barədəyeni qaydaları təsdiq edib.

Buna da bax: Əyalətlərdə xarici dərmanlar çətin tapılır

Həmin qaydalara görə, dərmanların qiymətini Tarif Şurası birbaşa müəyyən etməyəcək, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Özü də ticarət marjası alış qiyməti artıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər.

Buna da bax: Azərbaycanda yeni dərman zavodu tikilir

Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marcası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan yuxarı isə 11 faiz olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG