Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 19:01

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik Həsənov iyunun 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, onlar parlamentarizmin inkişafına dair beynəlxalq foruma qatılacaqlar.​

“Forumda XXI əsrdə dünya iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi bazanın təmin edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər mövzuları əhatə edən müxtəlif seksiyalarda müzakirələr aparılacaq”, məlumatda vurğulanır.

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək toplantıya qatılmalıdır. Tədbirdə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin ticarəti, ekstremizm ilə mübarizədə hüquqi mexanizmlər, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi, qaçqınlar problemi və miqrasiya siyasətinin təkmilləşdirilməsinə dair məsələlərmüzakirə olunmalıdır.
Səfər iyunun 6-da başa çatmalıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG