Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Cəlilabadda 80 yaşlı kombayn sürücüsü, muzdlu fəhlələr və ziyana düşən kəndli...


Azərbaycan, Cəlilabad rayonu 80-yaşlı kombayn sürücüsü, 10 iyun 2018

Cəlilabad rayonun əkin sahələrindəyik.Yaxınlıqdan keçən Bakı-Astara yolunun hər iki tərəfində məhsul yığımıdır. Tədarük edilən kartof, çiyələk, soğan, sarımsaq və taxıl yol kənarına çıxarılaraq satılır. Satıcılardan Şakir Qarayevin sözlərinə görə, məhsulların qiymətləri bu il aşağıdır:

“Sarımsağı çox əkmişik”

“Ötən il sarımasağın bir kiloqramı 6-7 manat idi, topdan satış 5 manat.Ona görə sarımsağı çox əkmişik. Qonşular da elə.Sarımsaq çox əkildiyindən qiyməti düşüb, olub kiloqramı 1 manata. Kartof az əkmişik, 60 sot kartof sahəmiz var. Kartofun da qiyməti aşağıdır".

Onun deməsinə görə, havalar isti keçdiyindən kartof torpaqda çox qalmır:

“Heç alan da yoxdur”

Kartof yığımı, 10 iyun 2018
Kartof yığımı, 10 iyun 2018

“May, iyun aylarında yetşən karotf torpaqda çox qalmır.Havada hərarət 30 dərəcədən yuxarıdır.Torpaq qızır. Kartofu məhv edir. Kartof toxumunun bir kiloqramı bizə 70 qəpikdən başa gəlib. Biz adətən toxumu Rusiydan gətiririk.Heç olmasa kartofun bir kiloqramı 40 qəpiyə satılmalıdır ki, bizə bir şey qalsın.Kartofun bir kiloqramı isə 20-25 qəpiyədir.Heç alan da yoxdur.”

O əli ilə yığılmış kartofu göstərir:

“Əla kartofdur.Səhərdən bir kiloqram satılmayıb.Soğanmız da var. Gündə 20-30 manat məhsul sata bilirəm. Yağış yağmasa.Özümüz əkirik, burda satırıq. Yaxşı ki, kartof az əkmişik. Qonşular 10-15 hektr kartof əkiblər. Məhsulları çöldə qalıb.Alla onların köməyi olsun”.

Yaxınlıqda kartof yığımı gedir. Günəmuzd işləyən fəhlələr deyir ki, səhərdən günbatana qədər məhsul toplayırlar. Onların arasında sahibkarın ailə üzvləri də var. Deyirlər ki, sifarişə əsasən kartofun bir kiloqramı 18 qəpikdən tədaürük edilir. Günəmuzdla işləyən fəhlə deyir ki,qonşu rayondan gəlib:

“Evdə əyləşib fikir eləməkdən yaxşıdır”

“Hər səhər 10-15 nəfər Masallıdan gəlib burda işləyirik.Günümüzə 10-15 manat verirlər. Bunun 1-2 manatını yola xərcləyirik. Evə heç olmasa 10 manat aparırıq.Evdə əyləşib fikir eləməkdən yaxşıdır. Ciyələk, soğan da toplayırıq. Ağır işdir, gün altında. Allaha şükür edirik ki, bu da var.”

Atla yer şumılayanlar

Kartofdan təmizlənmiş sahələr yenidən şumlanır.Torpaq yeni əkinə hazırlanır. Bir neçə yerdə atla yer şumlayanları gördük:

“Traktor yer şumlayanda problemlər yaranır.Yenidən üstündə işləmək lazım gəlir.Həm də vəsait çox tələb edir.Atla yer sürmək sərf edir.Ona görə, bəziləri buna üstünlük verir.”, deyə kəndililərdən biri vurğulayır.

Sahibkarlardan adının çəkilməsini istəməyən biri deyir ki, məhsulun əkilməsində və toplanmasında heç bir problem yoxdur:

“Bizə hər işdə kömək edirlər.Lakin bir məsələdən başqa.Məhsulun satışında çətinlik çəkirik.Bizdə əsasən may ayının əvvəlində kartof yetişir.Bu il kartof 10-15 gün keçikdi.Belə vaxtlarda təkcə biz yox başqa ölkələrdən də Rusya bazarlarına kartof çıxardırlar.Bizim məhsul qalır.Kartof Rusiyaya az gedir.Yük maşınları kifayyət qədərdir.”

Cəlilabadda taxıl yığımı, 10 iyun 2018
Cəlilabadda taxıl yığımı, 10 iyun 2018

“Məhsuldarlıq keçən ilkindən azdır”

Yaxınlıqda kombayn arpa biçir. Sahibkar deyir ki, bu il qar yağmadı, yağış da az olub. Nəticədə taxılın məhsuldarlığı aşağı düşüb:

“2 hektardan 2 ton yarım arpa yığılır.Məhsuldarlıq keçən ilkindən azdır.Arpada əvvəlki keyfiyyət yoxdur. Dənələri ortadan yarılıb. Bu susuzluqdandır. Qiymət isə normaldır.Alıcılar var.Taxıl yığılan kimi satılır.İndi bazarlarda arpanın bir kiloqramı 35-40 qəpiyə satılır.”

Səksənə yaxın yaşı olan kombayn sürücüsü isə deyir ki, sovet dövründə Qazaxıstanda taxıl yığımında iştirak edib:

“ Bizə mini traktorlar lazımdır.Ağır texnikadır.Bəzən ilişir, saatlarla dayanmalı oluruq. İndi dişlərini taxıldan təmizləyirik.Təmizləməsən işləməz...”

Kombayn sahibi söhbətə qarşır:

“Kombaynı lizing yolu ilə 75 min manata almışam.Texnikanın alınmasında 40 faiz güzəşt edilib.Əvvəllər kombayn az idi.Taxıl yığımı bir aydan çox çəkirdi.İndi texnika artıb, biçin 20 gündə başa çatır.Taxılın hər hektarını 30 manta tədarük edirik.Bütün xərclər bu pulun üstündədir.Təmiri, sürcülərin pulu, kombayn pulu.Kombayn üçün uzaqbaşı 1 ay iş olur.Qalan aylarını gözləmli oluruq.Dövlətin borcunu başqa qazancdan verirəm.”

Bakı-Astara yolu, 10 iyun 2018
Bakı-Astara yolu, 10 iyun 2018

​Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Acıq Səhmdar Cəmiyyətin Masallı regonal idarəsinin rəisi Zaman İbrahimovun sözlərinə görə, mövcud promlemlərdən xəbərləri var:

“Kartofu ancaq Bakı təşkilatı yarımarkalar üçün tədürük edir.Biz az miqdarda tədarük edirik, baxçaları təmin etmək üçün. Biz istəyirik kəndlilər məhsularını satsınlar, ziyanə düşməsinlər.Bilirik qiymətlər aşağdır.Onlar çalışırlar ki,bundan az ziyanla çıxsınlar.”

“Bu sistemsizlikdən xəbər verir”

Aqranom Natiq Əbilov kartofun maya dəyərindən aşağı qiymətə düşməsinin əsas səbəbini əkində planlaşdırmanın olmamasında görür:

“Şüphəsiz ki, bolluq yaxşıdır.Ancaq bu bolluq kəndlinin ziyanına olmamalıdır. Sarımsağın ötən ilki qiyməti ilə bu ilki qiyməti arasında 3-4 dəfə fərq var.Birdən birə qiymətlər bu qədər düşüb. Bu sistemsizlikdən xəbər verir.Kartof da elə. Kartofun qiyməti ilboyu böyük fərqlə enib-qalxır.İndi bazarlarda Azərbaycan kartofu hökmranlıq edir.Bu 2-3 ay çəkir.Ondan sonra bazarları xaricdən gələn məhsullarla doldururlar.Belə məlum olur ki, rayonlarda milyonlarla başa gələn soyuducu anbarlar fəaliyyət göstərmir. Ziyanə düşmüş kəndli gələn il çətin ki, katofu çox əkə.İndidən deyə bilərəm ki, kartof gələn il baha olacaq.Planlaşdırma olmalıdır. Kəndlilərə əkinlə bağlı töfsiyələr verilməlidir.”

Günün bütün mövzuları

XS
SM
MD
LG