Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 06:09

«Brand Finance» təşkilatı Milli Brendlər İndeksini açıqlayıb. Çin 2017-ci ilin ən sürətlə inkişaf edən milli brendi elan olunub. İldən ilə bu brenddə 3.1 trilyon ABŞ dolları həcmində artım olur. Bu, Böyük Britaniyanın bütöv brend həcminə bərabərdir ki, bu da Çinin digər ölkələri necə ötüb keçdiyini göstərir.

Nisbi götürəndə, Çinin milli brendi ildən ilə 44% artır, yaxud Birləşmiş Ştatlardan 20 dəfə artıq sürətlə. Ancaq yenə də ümumi dəyəri 10.2 trilyon ABŞ dolları olan Çin milli brendi Amerikanın brend dəyərinin yarısına bərabərdir. Davamlı artım bu boşluğu doldura bilər.

ƏN DƏYƏRLİ BREND VƏ AZƏRBAYCAN

21.1 trilyon dollarlıq ABŞ milli brendi dünyada ən dəyərli sayılır. Di gəl, illik 2% artımla ona uzunmüddətli perspektivdə risklər mövcuddur.

100 ölkə içində Azərbaycan 78-cidir. Ötən il 81-ci yerdə olan ölkə 3 pillə irəliləyib.

Azərbaycanın builki milli brend dəyəri 37 milyard dollardır, yəni ötən ildəkindən (29 milyard) 27% çox. Milli brend reytinqi ötən il A+ (güclü), bu il AA- sayılıb, yəni çox güclüyə (AA+) doğru irəliləyib.

Qeyd edək ki, ölkə rəhbərliyi Azərbaycan brendini gücləndirməyin vacibliyini vurğulasa da, iqtisadiyyatçılar bundan ötrü rəqabətqabiliyyətli iqtisadiyyat qurmağın gərəkdiyini vurğulayırlar.

QONŞULAR

Azərbaycanın qonşularından Rusiya 17, İran 39-cu yerdədir. Gürcüstan və Ermənistanın adları siyahıda yoxdur.

«Brand Finance» 100 aparıcı ölkənin brendinin gücünü və dəyərini ölçür.

Bu ilin araşdırmasında ən vacib trend ağırlıq mərkəzinin Qərbdən Şərqə keçməsidir. Asiya irəliləyir, oturuşmuş Avro-Atlantik milli brendləri isə durğunluq içindədir.

Qərbin üstünlüyünə təkcə Asiya meydan oxumur, çoxsaylı Afrika və Latın Amerikası milli brendləri də ciddi uğurlar qazanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG