Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:32

'Günə 65 litr süd verən 6 min Braziliya inəyi...' [video]


34 milyonluq inəklər: Mühüm sərmayə, yoxsa korrupsiya?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

34 milyonluq inəklər: Mühüm sərmayə, yoxsa korrupsiya? [A-Live]

“Aqrolizinq” 34 milyon manata Braziliyadan 6 min baş damazlıq inək alır. Bu inəklərin günə 65 litr süd verdiyi deyilir.

Ekspert və fermerlərsə, baha qiymətə ölkəyə bu qədər mal-qara gətirməkdənsə, heyvandarlığı inkişaf etdirməyi daha ağlabatan sayırlar.

Salyan, Tovuz, Samux və digər rayonlarda yaşayan bir neçə fermerlə əlaqə saxladıq. Onlar nə damazlıq heyvan aldıqlarını, nə də belə bir fermer tanıqlarını deyirlər. Səbəbi də onunla izah edirlər ki, bu heyvanlar özəl bəslənmə tələb edir, üstəlik qiymətlər də bahadır. Hər fermerin bu heyvanları saxlamağa şəraiti yoxdur.

Buna da bax:​ Azərbaycan Braziliyadan inək alır - 34 milyon manata

Amma Samuxdakı fermer Aydın Cəfərov deyir ki, damazlıq heyvan almaq üçün bir dəfə müraciət edib. Gəlib, onun fermasına baxış keçiriblər. Müsbət rəy də veriblər. Amma fermer sonradan fikrindən danışıb:

“Gəldilər mənim ferma təsərrüfatıma baxdılar. Dedilər ki, burda damazlıq mal-qara saxlamaq olar. Amma mənim vəsaitim yox idi. Ona görə də nə qiymətlərlə maraqlanmadım, nə də heyvanları almadım”.

“Aqrolizinq” 2009-cu ildən xaricdən iri və xırda buynuzlu heyvanlar alır. Hökumətin əsas hədəflərindən biri 2015-ci ilə kimi süd və ət məhsullarına görə tələbatı tam ödəyə bilmək idi.

Buna da bax:​ Avropa inəklərinin Azərbaycan aqibəti...

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov rəsmi statistikaya əsaslanaraq deyir ki, ötən 5 ayda Azərbaycana ət idxalı 2.5 dəfə, süd idxalı isə 2 dəfə artıb. Vahid Məhərrəmov hədəfə çatmamanı müxtəlif səbəblərə izah edir. Birincisi ölkəyə gətirilən mal-qaranın keyfiyyəti, ikincisi qiymətlərin süni şişirdilməsi:

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Ölkəyə gətirilən mal-qaranın xəstə və ya qüsurlu olması haqda çox sayda faktlar var. Bundan başqa mal-qara deyilən qədər 65 litr südü olmur. Bundan başqa ölkəyə gətirilən mal-qara 3-4 dəfə daha baha rəsmiləşdirilir. Tutalım, eyni cins Riqaya bir ədədi 1 500 avro olduğu halda, Azərbaycanda bu 5 min dollara gətirilir”.

Buna da bax:​ Xaricdən damazlıq mal-qara gətirilməyəcək

“Aqrolizinq” ASC-nin damazlıq heyvandarlıq şöbəsinin müdiri Kamil Şamilov bu iddialarla razılaşmır. Deyir ki, xaricdən heyvanları mütəxəssislər alır, tam baytar müayinəsindən keçirilir. O ki, qaldı mal-qaranın məhsuldarlığına və keyfiyyətinə Kamil Şamilov deyir ki, bu da gerçək deyil:

“Bir-bir, iki-iki heyvan götürənlər fermerlərlə yox, bu məsələni böyük təsərrüfat sahibləri – 4 min – 5 min heyvan götürənlərlə maraqlanmaq olar. Bu təsərrüfatlarda ortalama məhsuldarlıq da yüksəkdir. Yəni, heyvanların məhsullardarlığında problem yoxdur. Sadəcə heyvanları bəsləyə bilməyən adamlar var. Aparır buraxır bayıra, çöllüyə ki, axşama 25 litr süd verəcək. Yemini, otunu, suyunu vermir – bir sözlə normal xidmət etmir ona görə də problem yaranır”.

AzadlıqRadiosu-nun 2012-ci ildə hazırladığı Avropa inəklərinin Azərbaycan aqibəti adlı araşdırmasında xaricdən gətirilən mal-qara alan fermerlər şikayətlənirlər ki, bu heyvanları bəsləmək yaxşıca pul tələb edir. Onda da satdıqları süd, heç çəkdikləri xərci qarşılamır.

Buna da bax:​ Statistika mal-qaranın artdığını, qəssab isə azaldığını deyir

Ötən 8 ildə xaricdən alınan mal-qara hesabına süd və süd məhsullarının istehsalının artırılmasından başqa həm də ölkədə ət bol olmalı idi. Amma alıcılar tez-tez özəlliklə, ətin qiymətin bahalığından şikayətlənirlər.

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq. Onlardan soruşmuşuq ki, sizcə, necə eləmək olar ki, Azərbaycanda ət ucuzlaşsın? Cavablara baxaq:

Sizcə, ətin ucuzlaşması üçün nə eləmək lazımdır? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, Azərbaycanda süd və ət məhsullarına görə xaricdən asılılığı aradan qaldırmaq, məhsuldarlığı artırmaq üçün ilk növbədə inhisar aradan qaldırılmalı, fermerlərə bərabər imkanlar yaradılmadır. Əsas da yem problemi həllini tapmalıdır:

“Ölkədə mövcud olan heyvanlara normal yemlənmədiyi üçün məhsuldarlığı artırmaq mümkün olmur. Bu mal-qaranı da gətirib, əvvəlkilərin gününə salacaqlar”.

2009-2017-ci illərdə "Aqrolizinq" ASC 23 min 272 baş, o cümlədən bu il 443 baş cins inək və xırdabuynuzlu heyvan alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG