Keçid linkləri

2017, 18 Avqust, Cümə, Bakı vaxtı 03:20

Banklar ilin ilk ayını zərərlə başa vurublar


Mərkızi bank

Azərbaycanda banklar bu ilin yanvarını zərərlə başa vurub. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP-dən) verilən məlumata görə, banklar ilin ilk ayında 496 milyon manatlıq zərərlə üzləşib.

Banklar faiz gəlirləri 179,8 milyon manat, o cümlədən kreditlər üzrə faizlərdən 130,9 milyon manat təşkil edib.

Bu ilin ilk ayında bankların faiz xərcləri 91 milyon manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 35,3 milyon manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 67,4 milyon manat təşkil edib. Yanvarda banklar əməliyyatlar üzrə 282,4 milyon manat zərərə düşüb.

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 2017-ci il fevralın 1-dək cəmi aktivləri 32 milyard 407.1milyon manat, cəmi öhdəlikləri 30 milyard 347.5 milyon manat olub. Əhalinin əmanətləri 7 milyard 691.3 milyon manat təşkil edib. Palatanın məlumatına görə, bankların filiallarının sayı 569, söbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir. Bütövlükdə bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edib.

Ötən il Azərbaycanda 10 bankın lisenziyası ləğv edilib.

“Fitch” beynəlxalq reytinq agentliyinin mütəxəssisləri hesab edir ki, 2017-ci ildə bank sektorunun itkiləri davam edəcək və Azərbaycanın bir çox bankları üçün reytinq proqnozu neqativ olacaq.

Agentlik 2017-ci ildə kredit portfelinin 5% azalacağını proqnozlaşdırdığını bildirib.

Ekspertlərin fikrincə, aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG