Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 20:57

Avtomobillər bahalaşıb


Foto: arxiv

Bu ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz artıb.

"Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, yanvar-noyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşma 10,4 faiz səviyyəsində olub.

Xəbərdə deyilir ki, minik avtomobillərinin ehtiyat hissələri də noyabr ayı ərzində 0,9 faiz bahalaşıb. Bu ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə isə 30,7 faiz artım qeydə alınıb.

2015-ci ilin yanvar-noyabr ayları ərzində minik avtomobillərinin qiymətində illik cəmi 2,9 faiz, ehtiyat hissələrinin qiymətində isə 3,3 faiz artım qeydə alınmışdı.

Rəsmi statisikaya əsasən, velosipedlər də noyabrda 0,8 faiz bahalaşıb. İllik artım isə 20,3 faiz təşkil edib.

2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,1faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz artıb.

2016-cı ilin noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlər 1,7, o cümlədən, ərzaq məhsulları 2,6, qeyri-ərzaq məhsulları 1,9, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3 faiz bahalaşıb.

Keçən illə müqayisədə bu il ölkəyə 82 faiz az avtomobil gətirilib.

XS
SM
MD
LG