Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:19

Azərbaycan yığmasının baş məşqçisi: 'Almaniyanı asan oyun gözləmir' (Video)


Robert Prosinecki Almaniyaya Bakıda "çətin oyun" vəd edir
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Robert Prosinecki Almaniyaya Bakıda "çətin oyun" vəd edir

Almaniya millisi dünya çempionu olmasına baxmayaraq, onları asan oyun gözləmir.

Bunu futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki keçirdiyi mətbuat konfransında deyib.

AFFA-nın saytı-nın yaydığı məlumata görə, baş məşqçi komandanın hazırlığından razı olduğunu bildirib:

"Lazımi məlumatları futbolçulara çatdırmışıq və əlimizdən gələni edəcəyik. Komanda oyuna hazırdır".

Baş məşqçi futbolçuların fiziki durumundan razı qaldığını bildirib. Komandanın start heyətində Kamran Ağayev, Maqomed Mirzabekov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaq. Namik Ələsgərov zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Maksim Medvedevin fiziki durumu oynamasına imkan vermir. Ruslan Abışov da zədəsinə görə Almaniya yığması ilə görüşdə oynamayacaq.

Azərbaycan yığmasının futblolçusu Rəçad Sadıqov deyib ki, maraqlı oyun və yaxşı nəticə üçün əllərinən gələni edəcəklər:

"Rəqib hərtərəfli, yaxşı komandadır. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadır. Almaniya yığması səhvləri bağışlamır".

Martın 26-da Dünya Çempionatı-2018-in seçmə mərhələsində Azərbaycan – Almaniya qarşılaşması Bakıda, Tofiq Bəhrəmov adına stadionda saat 20.00-da başlayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG