Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 11:58

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanır


Foto: arxiv

Bu il yanvarın 1-dən Azərbaycanda ilk dəfə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılır.

Sistemin tətbiqi pilot zona olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.

Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.

İcbari tibbi sığortanın tətbiqi zamanı aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar və gündüz oxuyan tələbələrin icbari tibbi sığortası dövlət hesabına olacaq.

Ancaq hələ ki, sığorta haqqının məbləği müəəyyən edilməyib.

İcbari tibbi sığorta haqqında qanun 2000-ci illərdə qəbul edilsə də, indiyə kimi qanunun tətbiqi müxtəlif səbəblərdən ləngiyirdi.

XS
SM
MD
LG